AMEA Türkiyənin Səlcuq Universiteti ilə memorandum imzalayıb
Tarix: 19.05.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Səlcuq Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edəcək. Akademiyadan bildiriblər ki, AMEA-nın rəyasət heyətində bu məqsədlə təşkil olunan görüşdə tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin imzalayıblar. Memorandumda akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, tərəflər arasında kadr mübadiləsi nəzərdə tutulur. Memoranduma əsasən hər iki qurum birgə elmi videokonfrans və görüşlər də keçirəcək. Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-nın magistrant və doktorantları Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumun Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətlər qurmaq baxımından əhəmiyyətini qeyd edib. Professor M.Şahin rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə geniş məlumat verib. Qeyd edilib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb
08.12.2017
Ağstafada körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info