NATO sammiti: ABŞ-dan Avropaya mesaj
Tarix: 19.05.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər
“Heritage Foundation” tərəfindən təqdim edilən məqalə Vaşinqtonun mövqeyi kimi qəbul edilir: Çernoqoriya, Makedoniya, Bosniya və Hersoqovina və Gürcüstan üçün qapını açıq saxlayın
Mayın 25-də NATO-nun növbəti sammiti keçiriləcək. Şimali Atlantika alyansının qarşıdakı illər üçün strategiyasının müəyyən olunacağı sammitdə böyük maraq var. Sammit öncəsi Vaşinqtondan alyansa mesaj göndərilib – alyansın genişlənməsi ABŞ üçün həlledici məqamlardan biridir. “The Washington Times” nəşr yazır ki, artıq bununla bağlı bəzi fondların rəyində müəyyən məqamlar yer almağa başlayıb. Tramp və onun hələ “gənc komandası”nın ən yaxın müttəfiqlərindən olan “Heritage Foundation” təşkilatının hazırladığı məqalədə yer alan məsələlər sıradan analitik yazı kimi qəbul edilmir. Nəşr yazır ki, fondun hazırladığı analitik məqalədə elə ruhda yazılıb ki, onun rəsmi Vaşinqtonun istəyi ilə hazırlanmasna şübhə yeri yoxdur. Məsələn, həmin məqalədə qeyd edilir ki, ABŞ, NATO-ya üzv olmağa layiq olan ölkələr üçün alyansın qapısının açıq olmasını istəyir. Rusiya ilə bağlı yanaşma da diqqət çəkir: “Rusiya NATO-nun genişlənməsini provokasiya kimi qəbul edir. Amma heç bir üçüncü ölkə NATO üzvlərinin, suveren dövlətlərin qərarına veto hüququna malik deyil”. Bəs, Vaşinqton kimləri alyansda görmək istəyir? May-iyun ayı ərzində Çernoqoriyanın alyansa üzvlüyü ilə bağlı bütün formal prosedur yekunlaşacaq. Bundan sonra Çernoqoriya alyansın 29-cu üzvü olacaq. “Heritage Foundation” hesab edir ki, Çernoqoriyanın alyansa üzv olması NATO-nun genişlənməsinin sonu kimi qəbul edilməməlidir: “Bu tamamilə səhv yanaşmdır. Növbədə Makedoniya, Bosniya və Hersoqovina və Gürcüstan var. Hər üç dövlət rəsmi şəkildə NATO üzvlüyünə namizəddir”. Gürcüstan alyansa 2008-ci ildə dəvət edilsə də , hələ də ona üzvlük üçün fəaliyyət planı təqdim edilməyib. Məsələ ondadır ki, Almaniya və Fransa hesab edir ki, bu planın Gürcüstana verilməsi Rusiyanı qıcıqlandıra bilər. Ona görə də Berlin və Paris indiyə qədər bunu ləngidə biliblər. Almaniya və Fransa mövqeyini belə izah edir ki, əks halda Gürcüstanı qoruya bilməyəcəklər: “NATO Rusiyaya qarşı vuruşmayacaq”. Fondun yazısında isə israrla üzvlüyün vacib olduğu və alyansın Gürcüstana münasibətinin plan təqdim edilmiş dövlətə münasibətdən daha yaxşı olduğu qeyd edilir. Fondun növbəti namizədi Makedoniyadır. Gürcüstandan fərqli olaraq Makedoniya planı elə 2008-ci ildə alıb və icra edib. Makedoniyanın elə həmin il alyansa üzvlüyü rəsmiləşəcəkdi. Amma Yunanıstan buna imkan vermədi. Yunanlar hesab edir ki, Makedoniya bu addan imtina etməlidir –yunanlar bu adın tarixən onlara bağlı olduğunu bildirirlər. Bu adla ölkənin şimalında vilayət var. Fondun məqaləsi ilə Vaşinqton Afinaya da mesaj verir ki, mübahisəyə son qoysun və üzvlüklə bağlı məsələyə veto qoymaq fikrindən imtina etsin. Vaşinqtonun digər namizədi Bosniya və Hersoqovinadır. Fondun analizində qeyd edilir ki, Bosniya və Hersoqovinanın üzvlüyü üçün əsas problem dövlətin etnik serblər yaşayan bölgəsidir. Serblər qəti şəkildə NATO-ya üzvlüyə qarşıdırlar. Məqalədə Ukrayna ilə bağlı məsələyə də toxunulub. Ukraynanı çox vacib dövlət olduğu qeyd edilməklə yanaşı hələlik bir az ehtiyatlı daranmaq məsləhət görülür: “Ukrayna üçün real şərait yaradılmalıdır. NATO Ukrayna ilə sıx münasibətlər saxlamaqda davam etməlidir. Ukraynanın qarşısında üzvlüyə qədər uzun yol var”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
“ArmenianReport”: “Ermənistan Avropanın 10 ən yoxsul ölkələrindən biridir”
09.12.2017
Sərkisyanın reallığa istinad edən deputata etirazı
07.12.2017
Postmaydan hökuməti ilə kuratorları arasında konfliktin səbəbi
07.12.2017
“ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”
07.12.2017
“Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək“

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info