Almaniya Türkiyə ilə münasibətlərindəki gərginliyi azaltmağa çalışır
Tarix: 19.05.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər
Berlin Türkiyə ilə münasibətlərdəki gərginliyi azaltmağa çalışır, lakin NATO-nun bir üzvünün digərinə təzyiq etməsini qəbuledilməz hesab edir. “RİA Novosti”nin xəbərinə görə, bunu Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib. Bundan əvvəl məlum olub ki, alman deputatlarının Türkiyənin “İncirlik” hərbi bazasına səfəri ərəfəsində Ankara Almaniya XİN-nə səfərin mümkünsüz olduğunu bildirib. Bundan sonra Almaniya kansleri Angela Merkel bəyan edib ki, Berlin Almaniya hərbi kontingentinin köçürülməsi üçün qonşu dövlətlərdə “İncirlik”ə alternativ axtaracaq. “Biz son bir neçə həftə ərzində gərginliyi azaltmağa çalışırıq. O bizim qonşumuzdur”, - deyə o Vaçinqtonda konfrans zamanı bildirib. Almaniyalı nazir Ankaranın qəbuledilməz şərtlər irəli sürüb. Belə ki, Qabrielin sözlərinə görə, Ankara Berlindən Almaniyada sığınacaq almış şəxslərin ekstradisiya olunmasını xahiş edib. “Bunu qanun və konstitusiya qadağan edir. NATO üzvünün digər üzv dövlətə təzyiq göstərməsi sadəcə mümkünsüzdür”, deyə Qabriel qeyd edib və ABŞ-ın məsələnin nizamlanmasına səy göstərəcəyinə söz verdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
AŞPA-nın sessiyasında ölkəmizə qarşı yönələn hədəflərin qarşısını alaraq öz mövqeyimizi nümayiş etdirdik
24.04.2018
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni vətəndaş müharibəsinə aparır
23.04.2018
“Təhlükəsizlik Şurası dünyadakı güc balansını artıq əks etdirmir”
23.04.2018
“Azərbaycan qısa vaxtda bütün dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilib”
23.04.2018
Pyer Alen Rafan: “Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9085

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info