Astanada II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib
Tarix: 26.05.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türk Tarix Qurumu və TİKA-nın dəstəyi ilə II Beynəlxalq “Böyük Çöl” Humanitar Forumu keçirilib. Forumda türkdilli dövlətlər arasında elmi inteqrasiya, türk ədəbiyyatı və dillərinin tədqiqi, tarix, arxeologiya, etnoqrafiya və digər sahələrdə müasir tendensiyaların və inkişaf meyllərinin öyrənilməsi müzakirə olunub.
Dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın alim və tədqiqatçının qatıldığı tədbiri açıq elan edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali forumun əsas məqsədinin Türk dünyasının mədəni dəyərlərinin bəşəriyyətin inkişafındakı yeri və rolunu müzakirə etmək, mütəxəssisləri bir araya gətirərək elmi əməkdaşlığı və informasiya mübadiləsini gücləndirmək, qlobal və regional problemlərin həllinə yardım göstərə biləcək təkliflər hazırlamaq olduğunu bildirib.
Qazaxıstanın Dövlət katibi Gülşara Abdikalikova Prezident Nursultan Nazarbayevin Foruma ünvanladığı təbrik məktubunu oxuyub.
Türkologiyanın inkişafı və türkdilli dövlətlər arasında elmi inteqrasiyanın inkişafındakı xidmətlərinə görə, Tatarıstanın və Rusiyanın nüfuzlu elm xadimi Mirfatih Zəkiyev, Qazaxıstanın elm və dövlət xadimi Mirzatay Joldasbekov Türk Akademiyasının qızıl medalı ilə təltif olunublar.
UNESCO, İSESCO, İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY, eyni zamanda digər qurumların rəhbərləri və təmsilçilərinin qatıldığı forum daha sonra müxtəlif panellər üzrə işini davam etdirib. “Mənəvi oyanışın yolları”, “Elmi inteqrasiya və ortaq dəyərlər”, “Tarixi yaddaş və gələcəyə baxış”, “Türk ədəbiyyat ənənələri və müasir durum”, “Türk dillərinin tədqiqi və qorunması” kimi bölmələrdə müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, İctimai Televiziyanın Yayım Şurasının sədri, akademik Muxtar İmanov “Mifoloji düşüncədə içtərəfli qarşılaşdırma və bədii ədəbiyyatda obrazın ikiləşməsi problemi”, siyasi elmlər fəlsəfə doktoru Asif Usubəliyev “Türkdilli dövlətlərin mədəni siyasətində dəyərlərin üstünlüyü”, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov isə “Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, elm adamlarının birgə layihələr həyata keçirməsi, bütün dünyadan türkoloq alimlərin bir araya gəlib, eyni mənəvi irsi bölüşməyi öyrənmələri baxımından forumun böyük əhəmiyyəti var
Forumun sonunda bəzi sahələr üzrə ortaq daimi komitələrin yaradılması və birgə layihələr həyata keçirilməsi barədə razılıq əldə olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı regional tədbir keçiriləcək
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018
MEK-də Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
18.07.2018
Azərbaycanda 5000-dən çox mətbuat orqanı qeydiyyatdan keçib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info