Bakı Ali Neft Məktəbinin müəllimi Portuqaliya institutunun ilin ən yaxşı tələbəsi seçilib
Tarix: 01.06.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) böyük laborantı Rima Quliyeva Braqansa Politexnik İnstitutunun (Portuqaliya) «Kimya mühəndisliyi» bölümü üzrə ilin ən yaxşı tələbəsi seçilərək institutun medalçıları siyahısına salınıb. O, portuqal universitetinin ən yaxşı tələbəsi olmasını təsdiq edən xüsusi diploma layiq görülüb.
Qeyd edək ki, Rima Quliyeva orta təhsilini Bakının 35 saylı məktəbində alıb. 2000-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə yüksək balla qəbul olunub. 2014-cü ildə TQDK tərəfindən keçirilən magistraturaya qəbul imtahanında yüksək bal toplayaraq Qafqaz Universiteti Kimya mühəndisliyi bölümünün “Əsas üzvi sintezin kimyası və texnologiyası” ixtisasına qəbul olunub. 2015-ci ildə magistratura təhsilini Portuqaliya, Braqansa Politexnik İnstitutunda davam etdirib və təhsilinin bu pilləsini fərqlənmə ilə bitirib.
“Bakalavr təhsilini bitirdikdən tam 10 il sonra həyatımda yeni bir başlanğıc edərək magistraturaya qəbul olmaq üçün sənədlərimi TQDK-ya təqdim etdim və elə bu qazanacağım uğurların başlanğıcı oldu. Qafqaz Universiteti ilə başladığım təhsili Portuqaliyada yüksək nəticə ilə başa vurdum. Amma bu müddət ərzində məqsədim yalnız təhsil almaq deyil fərqli təhsil sistemi və onun üstün cəhətlərini öyrənib öz vətənimdə tətbiq etmək idi. İnstitutun keçirdiyi beynəlxalq tədbirlərdə aktiv iştirak edərək Azərbaycanı, onun sərvətlərini, tarixi mədəni irsini bacardığım qədər tanıtmağa çalışdım və aldığım sertifikatlar buna nail olduğumun göstəricisidir”, - Rima Quliyeva deyə bildirib.
O vurğulayıb ki, qazandığı bilik və təcrübəni reallaşdırmaq ancaq Bakı Ali Neft Məktəbində mümkün idi. R.Quliyevanın sözlərinə görə burada gənc mütəxəssislər üçün elmi və pedaqoji fəaliyyət üçün geniş imkanlar mövcuddur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info