KİV rəhbərləri Naxçıvanda hərbçilərlə görüşüblər
Tarix: 01.06.2017 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Sədərək rayonunun düşmən mövqelərinin yaxınlığında yerləşən Heydərabad qəsəbəsinə gedib.
 
Qəsəbə haqqında məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, Heydərabad hava yolu ilə düşmən mövqelərindən 500 metr məsafədə yerləşir.
 
1990-cu ildən burada döyüşlər getdiyini deyən Y. Seyidov 1992-ci ildən sakinlərin məcburiyyət qarşısında evlərindən köçürüldüyünü bildirib.
 
Onun sözlərinə görə, atəşkəsdən sonra sakinlər qəsəbəyə qayıtsa da, yaşayış evləri bərbad vəziyyətdə olub.
 
"Qəsəbə 2010-cu ildə tam yenidən qurulub, 84 yeni yaşayış evi tikilib və ya bərpa edilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axarı ilə davam edir", - deyə Y. Seyidov bildirib. 
 
Media rəhbərləri Heydərabad Tarix Diyarşünaslıq muzeyində də olublar.
 
Baş redaktorlar daha sonra qəsəbədəki hərbi hissəyə baş çəkib, hərbçilərlə görüşüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info