Qrossmeysterlərimiz Avropa Çempionatında
Tarix: 01.06.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər
Minskdə şahmat üzrə 18-ci Avropa Çempionatında birinci turun oyunları başa çatıb. Birinci turda 180-dən çox qrossmeyster çıxış edib. Yarışların açılış mərasimi bir gün əvvəl olub. Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Çexiya nümayəndəsi David Navara ilə ukraynalı Boris Xarçenkonun görüşündə bu çempionatda ilk rəmzi gediş edib. Birinci turda favoritlərin çoxu, o cümlədən Azərbaycan qrossmeysterləri Arkadi Naydiç və Nicat Abbasov qələbə qazanıb. Azərbaycan nümayəndələri Rauf Məmmədov, Eltac Səfərli, Rəvan Əliyev və Nərmin Xələfova ilk turda xalları rəqibləri ilə bölüşüblər. Xatırladaq ki, 38 ölkədən 400-ə yaxın şahmatçının iştirak etdiyi çempionatın mükafatları uğrunda mübarizə aparanlar arasında 9 Azərbaycan şahmatçısı var. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarət olacaq. 2017-ci il Avropa Çempionatı Gürcüstanda keçiriləcək növbəti Dünya Kuboku ərəfəsində seçmə yarışdır. Beynəlxalq Şahmat Federasiyasının Əsasnaməsinə görə, bu turnirin 22 ən yaxşı iştirakçısı Dünya Kubokunda çıxış etmək üçün seçiləcək.




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Andres İniyesta karyerasını Yaponiyada davam etdirəcəyini təsdiqləyib
23.05.2018
Azərbaycan voleybolçuları ikinci qələbəsini qazanıb
23.05.2018
Karlo Ançelotti “Napoli” klubunun baş məşqçisi təyin edilib
22.05.2018
“Qarabağ” sonuncu turda “Qəbələ”ni məğlub edib
21.05.2018
MOİK idmançıları Dünya Çempionatından qayıdıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info