Voleybol millimizdən ardıcıl qələbə
Tarix: 02.06.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb. Bakı İdman Sarayında Danimarka millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz hər üç setdə rəqibini böyük hesabla məğlub ediblər - 25:12; 25:14; 25:14. Hazırda Azərbaycan millisi 9 xalla “E” qrupunun lideridir. Hollandiya və Ukrayna milli komandaları 6 xalla ikinci və üçüncü pillədə yer alıblar. İsrail 3 xalla dördüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur. Seçmə mərhələ çərçivəsində üçüncü günün sonuncu matçı İsrail və Hollandiya milliləri arasında oynanılıb. Qarşılaşma Hollandiya voleybolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın ilk iki setində Hollandiya komandası rəqibinə asanlıqla qalib gəlib - 25:19 və 25:11. Lakin üçüncü hissədə İsrail millisi gərgin mübarizənin sonunda 25:22 hesablı qələbəyə sevinib. Buna baxmayaraq, İsrail təmsilçiləri dördüncü setdə rəqiblərinə müqavimət göstərə bilməyərək 15:25 hesabı ilə yeniliblər. Bununla da, Hollandiya yığması ardıcıl üçüncü qələbəsini qazanıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
17.10.2018
İki boksçumuz Avropa çempionu olub, biri 3-cü yeri tutub
17.10.2018
UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub
16.10.2018
Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısına qatılıb
16.10.2018
UEFA Millətlər Liqası: İngiltərə-İspaniya oyununda beş qol

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10263

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info