Veteranlar birdəfəlik yardımı gələn həftədən ala biləcək
Tarix: 24.04.2013 | Saat: 18:09:00 | E-mail | Çapa göndər
Azərbaycanda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər birdəfəlik yardımı artıq gələn həftənin ortalarından etibarən ala bilər. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov bildirib. Onun sözlərinə görə, əgər Maliyyə Nazirliyi bu həftə ərzində vəsaiti DSMF-nin balansına köçürərsə, artıq gələn həftənin əvvəli fond öz növbəsində vəsaiti yardım alanların hesablarına köçürəcək və sözügedən yardımı alanlar gələn həftənin çərşənbə günündən etibarən vəsaitlərini ala bilər: «Vəsait bu həftə ərzində DSMF-nin hesabına köçürülməsə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər birdəfəlik yardımı istənilən halda mayın 9-dək ala biləcəklər». S.Müslimov onu da bildirib ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sayı 2,3 min nəfər, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarının sayı isə təxminən 23,5 min nəfər təşkil edir.
İLKİN




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
16.02.2018
Şagirdlərin dərs və imtahan yükü azalacaq
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib
16.02.2018
Bayılda dağılmış 4 evin sahibinə kompensasiya veriləcək
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info