Arda “Barsa“da qalır
Tarix: 06.06.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Ahmet Bulut meneceri olduğu Arda Turanın "Barselona"dan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib. O, türk yarımmüdafiəçisinin Kataloniya klubunda qalacağını deyib: "Arda heç yerə getmir. "Barselona" rəhbərliyi ondan razıdır. Bizim transferlə bağlı heç bir klubla danışıqlarımız olmayıb. Bu barədə çıxan xəbərlər Ardanı bezdirib". Bulut bildirib ki, A.Turan müqaviləsinin müddəti baş çatana kimi "Barsa"dan ayrılmayacaq: "O, 2020-ci ilə qədər "Barselona"da qalacaq". Qeyd edək ki, Kataloniya klubunun yeni baş məşqçisi Ernesto Valderdenin komandada görmək istəmədiyi futbolçular sırasında A.Turanın da olduğu iddia edilirdi. Onun Çin klublarından birinə satılacağı yazılırdı. Ony da qeyd edək ki, Makedoniya yığması ilə oyundan sonra İtaliyaya gedən Türkiyə millisinin təyayrəsində dava-dalaş olub. Yığmanın kapitanı Arda Turan jurnalist Bilal Meşəyə hücum edib. 2016-cı ildə keçirilən Avropa çempionatı ərəfəsində Arda Turan və komanda yoldaşları haqqında pul mükafatı tələb etmələri və buna görə könülsüz oynamalarını yazmış jurnalistə hücum edən futbolçu onu boğmağa çalışıb. Bilal Meşəyə futbol federasiyasının prezidenti Yıldırım Dəmirörənə işlədiyini deyən və onun ünvanına ağır söyüşlər işlədən Arda jurnalistin boğazından tutub: “Söylə görüm, orda idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırdı? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin ... (ağır söyüşlər). Məni də başqaları kimi zənn etdin, fahişənin oğlu. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”. Futbolçu pəncərə kənarında əyləşən jurnalistə yaxınlaşıb və onu ağır sözlərlə təhqir edib. Bu zaman digər jurnalistlər, həmçinin, futbolçulardan Burak Yılmazla Caner Erkin Ardanı tutaraq sakitləşdirməyə çalışıb. Bildirilir ki, dava-dalaş zamanı bir qədər ön tərəfdə əyləşən baş məşqçi Fatih Terim baş verənləri görsə də, reaksiya verməyib və tamaşaçı mövqeyi tutub.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Ronaldo Benzema ilə oynamaq istəməyib
19.02.2018
“Real“ın yeni transfer hədəfi
19.02.2018
Karateçilərimiz Dubayda bir qızıl və iki bürünc medal qazanıblar
19.02.2018
Stadnik beynəlxalq turnirdə gümüş medal qazanıb
17.02.2018
“Bayern Munich“ Rodriqeslə bağlı qərarını verdi

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info