Çexiya da miqrant qəbulundan imtina etdi
Tarix: 07.06.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Cəmi 10 miqrant qəbul edən Praqa: “Təhlükəsizliklə bağlı riskə görə dövlət kvota ilə miqrant qəbulunun icrasını dayandırmaq qərarı alıb”

Çexiya da Avropa İttifaqının miqrantların qəbulu ilə bağlı müəyyən etdiyi kvotadan imtina edib. Ölkənin Daxili İşlər Nazirliyi bu qərarın təhlükəsizlik səbəbiylə qəbul edildiyini bəyan edib.
Qeyd edək ki, 2015-ci ildə Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə Yaxın Şərq və Şimali Afrika ölkələrindən 160 min miqrantın qəbulu ilə bağlı kvota təklif etmişdi. Onu da bildirək ki, Avropa İttifaqının paylama müqaviləsinə əsasən Çexiya 2600 miqrantı qəbul etməlidir. Lakin Praqa bu günə qədər cəmi 10 miqrant qəbul edib. “Ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşmə riskinə görə dövlət kvota ilə miqrant qəbulunun icrasını dayandırmaq qərarı alıb. Bizi narahat edən başqa məsələ isə hazırda İtaliya və Yunanıstanda yerləşdirilən və bizə təklif edilən miqrantların əksəriyyətinin təhlükəsizlik xidmətləri tərəfindən həyata keçirilən yoxlamalardan imtina etmələridir”- deyən Çexiyanın daxili işlər naziri Milan Hovanes deyib. O bildirib ki, Avropa İttifaqının kvota sistemi artıq işləmir. Praqanın bu ilin sentyabrına qədər heç bir miqrant qəbul etməyəcəyini bildirən nazir, Avropa İttifaqının ölkəsinə sanksiyalar tətbiq edə biləcəyini də istisna etməyib. Xatırladaq ki, Çexiyadan əvvəl Avropa İttifaqına üzv olan Polşa, Slovakiya və Macarıstan da Avropa Komissiyasının tətbiq etdiyi və milyon dollarla hesablanan cərimələrə baxmayaraq, təklif olunan miqrant kvotasına əməl etməyəcəklərini bəyan ediblər. Qeyd edək ki, hələ ötən ilin avqustunda Çexiya baş nazirinin müavini Andrey Babiş bildirmişdi ki, miqrantlarla bağlı kvota müəyyən etmək lazım deyil. O, Avropa İttifaqının miqrant qəbulu ilə bağlı ölkəsinə qarşı tətbiq edəcəyi hər hansı bir sanksiyanın Praqada etirazla qarşılanacağını da bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info