Türkmənistanda sosial imtiyazlar sistemi effektsiz sayılıb
Tarix: 07.06.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov respublika sakinləri üçün hazırda qüvvədə olan sosial imtiyazlar sistemini effektsiz sayıb və onu aradan qaldırmağı təklif edib.
AZƏRTAC xəbər verir ki, prezident müvafiq bəyanatı hökumətin iclasında səsləndirib.
“Hazırda imtiyazlar sisteminin effektini tamamilə itirməsi faktı aşkar şəkildə görünür. Biz artıq bu barədə dəfələrlə söz açmışıq. Buna görə də vitse-prezident Başımmırat Xocaməmmədov yaxın zamanlarda bütün imtiyazların ləğvi, yəni onların hər kəsə deyil, yalnız həqiqətən də sosial yardıma ehtiyacı olanlara verilməsi barədə təkliflərinizi hazırlamağı tapşırıb”, - Türkmənistan Dövlət İnformasiya Agentliyi dövlət başçısının bu sözlərini sitat gətirib.
Türkmənistanın ilk prezidenti Saparmurad Niyazov 1993-cü ildə vətəndaşlar üçün sosial imtiyazlar tətbiq edib. Bu imtiyazlara əsasən ölkə əhalisi o vaxtdan bəri su, qaz və elektrik enerjisini pulsuz əldə edirdi.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Venesuela ötən həftə $40 mln. dəyərində qızıl satıb
16.07.2019
Vladimir Zelenski Ukraynanın 12 səfirinin fəaliyyətinə xitam verib
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info