Yarım əsrlik Naxçıvan Dövlət Universitetinin elm və innovasiya fəaliyyəti
Tarix: 08.06.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər
Mübariz Nuriyev |

Naxçıvan Dövlət Universitetinin
elmi işlər üzrə prorektoru



50 yaşı tamam olan bu universitet 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlamış, beş il sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilmiş və 1991-ci ildən Naxçıvan Dövlət Universiteti adı alaraq Azərbaycanda elm və təhsilin inkişafında, eləcə də kadr potensialının formalaşmasında Naxçıvan Dövlət Universitetinin xüsusi rolu olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzu daha da artmaqdadır. Bu mənada Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin bu ali məktəbi dostluq və əməkdaşlıq üçün seçməsi, ənənəyə uyğun olaraq ali məktəblər haqqında hər il nəşr etdirdiyi “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” seriyasından olan Bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə yer ayrılması Naxçıvan Dövlət Universitetinin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan ali məktəbinin uğurlarının biri hesab oluna bilər.
İngiltərənin Kembric Universitetinin illik nəşri olan “Mükəmməlliyə bələdçi. Qlobal Təhsil və İmkanlar” seriyasının 2013-cü ilə olan nəşrində 44 ölkədən 183 təhsil müəssisəsi sırasında Azərbaycandan ilk dəfə məhz əsas elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti və onun əldə etdiyi uğurlar haqqında məqalə verilmişdir.
2014-cü il Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə anonim qaydada keçirilən Azərbaycan ali təhsil müəssisələri arasında keçirilən reytinq sıralamasında Naxçıvan Dövlət Universiteti birinci yerə layiq görülmüşdür.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Regionun inkişafı problemləri” elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 1992-ci il tarixli, 98 saylı əmri ilə yaradılmışdır. Hal-hazırda elmi-tədqiqat laboratoriyasının əməkdaşları Naxçıvan Muxtar Respublikasının maddi və mənəvi sərvətləri, təbii ehtiyatları, flora və faunası, mədəni əlaqələri istiqamətlərində tədqiqat işləri aparırlar. Laboratoriyanın əməkdaşları tədqiqat işlərini elmi iş planları əsasında universitetin müvafiq kafedralarının və AMEA Naxçıvan Bölməsinin Bioresurslar, Təbii Ehtiyatlar institutlarının mütəxəssisləri ilə müzakirələr, məsləhətləşmələr aparmaqla yerinə yetirirlər.
Universitetin professor müəllim heyətinin apardığı elmi tədqiqat işlərinin nəticəsi olaraq son on ildə universitet əməkdaşlarının 476 китабы, о cцмлядян 201 монографийа, 30 dərslik, 245 дярс вясаити, 501 методик вясаит вя програм, 7686 елми мягаля вя 1076 тезиси чап олунмушдур.
Елми мягалялярдян 1176-sı, тезислярдян ися 338-i хариcдя дярc олунмушдур. Хариcдя дярc олунмуш мягалялярдян 67-si Томсон Ройтер Институту тяряфиндян мцяййян олунан вя елми иcтимаиййят тяряфиндян бирмяналы шякилдя гябул едилян Science Citation Index серийасына дахил олан impakt faktorlu jурналларда дярc олунмушдур.
Bu illər ərzində Нахчыван Дювлят Университетиndə 81 beynəlxalq səviyyəli, 96 respublika səviyyəli, 200-ə yaxn muxtar respublika və universitet səviyyəli konfrans keçirilmişdir. Son on ildə Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından 74 nəfər fəlsəfə doktoru proqramı üzrə, 14 nəfər elmlər doktoru proqramı üzrə müdafiə etmişdir. Universitetin iki nəfər əməkdaşı 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Naxçıvan Dövlət Universitetində 1997-ci ildən dissertasiya şurası fəaliyyət göstərir ki, bu şurada Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, Dünya ədəbiyyatı pedaqogika və sənətşünaslıq üzrə indiyə qədər yüzlərlə doktorant və dissertant müdafiə etmişdir. 2015-ci ildən parazitalogiya və etimalogiya ixtisasları üzrə, 2017-ci ildən isə fəlsəfə və pedaqogika üzrə də dissertasiya şurası fəaliyyətə başlamışdır.
Layihədə Naxçıvan Dövlət Universitetinin doktoranturasında fəlsəfə doktoru proqramı üzrə 15 ixtisasda 32 doktorant, 19-u xarici vətəndaş olmaqla 30 ixtisas üzrə 116 dissertant, elmlər doktoru proqramı üzrə 6 ixtisasda 7 doktorant,10 ixtisas üzrə 16 dissertant təhsil almaqdadır.
13 fevral 1997-ci ildə universitetin «Elmi əsərlər» məcmuəsi Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin qeydiyyatından keçmiş, bu haqda həmin tarixdə 550 №-li şəhadətnamə verilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 2010-cu il 30 aprel tarixli qərarı ilə «Elmi əsərlər» jurnalının 4 seriyası (“Humanitar elmlər”, “İctimai elmlər”, “Təbiət və tibb elmləri”, “Fizika-riyaziyyat və texnika elmləri”) tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Həmçinin 2011-ci ildə “Elmi əsərlər” jurnalının dörd seriyasına “ISSN” beynəlxalq seriya nömrəsi alınmışdır. Həmin ildən başlayaraq universitetin “Elmi əsərləri”nin hər il 8 nömrəsi çap olunur. 2014-cü ildən başlayaraq “Elmi əsərlər” jurnalının bütün nömrələri onlayn şəkildə universitetin veb saytında yerləşdirilir.
Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası günü-gündən genişlənir. Belə ki, 2014-cü ildə 1 ədəd tədris vəsaiti kimi istifadə olunan Dəmir yolu yük çeşidləmə stansiyasının kampüterlə idarə olunan maketi, 33 ədəd fərdi kompüter, 10 printer, 6 kamera SAMSUNQ, 3 ədəd universitet televiziyası üçün yayım avadanlığı alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yeni tikilmiş və 2015-ci ildə istifadəyə verilmiş Baytarlıq ixtisası tələbələri üçün universal laboratoriya, universitet xəstəxanası üçün diaqnostika, stomatologiya, göz, cərrahiyyə anesteziologiya və reanimasiya, sterilizasiya, fizioterapiya kabinələri, laboratoriya universitetimizə hədiyyə olunmuşdur.
2015-ci ildə fizika ixtisası üzrə təsil alan tələbələr üçün 32 adda, laborator işini yerinə yetirmək mümkün olan, elm və texnikanın son nailiyyətləri əsasına hazırlanmış laborator avadanlıqları alınıb quraşdırılmışdır.2016-cı ildə isə kimya və biologiya ixtisasları üçün laborator avadanlıqları və kimyəvi elementlər alınaraq müəllim və tələbələrin ixtiyarına verilmişdir.
2015-ci ildə Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Respublikasının qrant layihəsi əsasında Elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu layihəsinin açılışı olmuşdur. Layihə ilə əlaqədar olaraq elektron kitabxana yenidən qurularaq, yeni kompüterlərlə təmin olunub. Universitetin bütün fakültələri elektron kürsülər, vidiomüşahidə sistemləri, test imtahanları və informatika dərslərini təşkil etmək üçün kompüter otaqları ilə təmin olunaraq, müəllim və tələbələrin ixtiyarına verilmişdir.
Artıq 5 ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Dövlət Universitetində elmi tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantları üçün informatika fənninin onlayn dərsləri davam etdirilir. İki ildir ki, həmin dərslərin nəticəsi olaraq doktorant və dissertantlar informatika fənnindən minimum imtahanı onlayn şəkildə verir və müvafiq sertifikatlarla təmin olunurlar.
Naxçıvan Dövlət Universitetinin bakalavriat səviyyəsində tədrisin kredit sistemi ilə təşkili qaydalarında islahatlar aparılmış və bir çox yeniliklərə imza atılmışdır. Bu islahatlar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanmışdır.
Kredit sistemi ilə tədrisin təşkilində Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi əsas yerlərdən birini tutur. Tələbə mobilliyi iki üsulla həyata keçirilir: razılaşdırılmış və razılaşdırılmamış. Razılaşdırılmış akademik mobillik universitetlər arasında bağlanmış müqavilələrə əsasən həyata keçirilir. Həmin müqaviləyə əsasən tələbə ayrı-ayrı fənlər üzrə kreditləri digər ali təhsil müəssisələrində, o cümlədən xarici ali məktəblərdə də toplaya bilər. Bu istiqamətdə Naxçıvan Dövlət Universitetində bir sıra tədbirlər həyata keçirilmişdir. Koreyanın Kim-Çonq, Türkiyənin Ərzurum Atatürk Universiteti, Ərdahan Universiteti, Gürcüstanın Batumi Dövlət Universiteti, Litvanın Klaypeda Universitetində, Sosial Elmlər Kollecində, İspaniyanın Santyaqo De Kompostella Universitetində razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyinə start verilmişdir. Universitet rektorluğunda «Elektron təhsil» və «Elektron test» layihələri daha da genişləndirilərək «Elektron kitabxana», «Elektron idarəetmə», «Elektron Naxçıvan» layihələri ilə birgə «Elektron universitet» layihəsinin hazırlıqlarına başlanılmışdır.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Naxçıvan Dövlət Universitetinin tərəfdaş kimi çıxış etdiyi “Azərbaycanda şifahi və yazılı tərcüməçiliyin inkişafı-RİTSA” (511329-TEMPUS-1-2010-1-AZ-TEMPUS-JPCR), “İnnovasiyaların işgüzarlığa çevrilməsində universitetlərin rolunun artırılması-UnIvEnt” (511337-TEMPUS-1-2010-1-DE-TEMPUS-JPHES) və "Avropa İttifaqının şərq qonşuluğunda tibb sahəsində bakalavr təhsilinin inkişafı”(516664-TEMPUS-1-2011-1-UK-TEMPUS-JPCR)TEMPUS layihələri üzrə işlər davam etmişdir. Həmin layihələr çərçivəsində universitet əməkdaşları xarici ölkələrdə səfərlərdə olmuş və təlim proqramlarında iştirak etmişlər.
NDU Elmi Kitabxanası 1968-ci idən fəaliyyət göstərir. Kitabxananın fondunda dünyanın 30-dan çox dilində 200.000-ə yaxın ədəbiyyat saxlanılır.
Hazırda kitabxanada 6 şöbə, 11 fond və 11 oxu zalı fəaliyyət göstərir, 15.000 oxucuya ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə xidmət göstərilir.
2013-cü ildən isə kitabxana elektron kitabxana kimi fəaliyyət göstərir.
“PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi tətbiq olunaraq yaradılıb və elektron kataloqun bazalarında işlər bu proqram vasitəsilə həyata keçirilir. Elmi Kitabxanada bu günədək 3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılmış, 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info