Qətər niyə hədəfə alınıb?
Tarix: 09.06.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Bu ölkənin Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb: “Dövlət agentliyinin saytında yayılan və dövlətin başçısına aid olduğu iddia edilən müsahibənin kiber hücum nəticəsində sayta yerdəşdirildiyi dəqiqləşib”

Aparıcı ərəb ölkələri Qətərin qonşuları ilə münasibətlərini normallaşdırmaq üçün yerinə yetirməli olacağı tələblərin siyahısını hazırlayırlar. “The Wall Street Journal” qəzeti xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və onların müttəfiqləri Qətər hökumətinin Yaxın Şərqdə fəaliyyət göstərən ekstremist qrupların mümkün maliyyələşməsini dayandıracağına və “Müsəlman qardaşları” partiyası ilə əlaqələrini kəsəcəyinə əmin olmaq istəyirlər. “Müsəlman qardaşları” partiyasının bəzi üzvlərinin Qətərin paytaxtı Dohada gizləndiyi ehtimal olunur.

Türkiyə hərbi kontingentinin Qətərdə yerləşdirilməsi ilə bağlı qanunun qəbulu Ankaranın yeni siyasi oyundan kənarda qalmaq istəmədiyini göstərir


Tələblər siyahısının üzərində iş getdiyi və onun yaxın günlərdə yekunlaşacağı qeyd edilir. Qətərin ABŞ-dakı səfiri Meşal bin Hamad Əl-Tani ölkəsinin hökumətinin diplomatik əlaqələrin ləğvi səbəbini indiyədək bilmədiyini deyib. Səudiyyə Ərəbistanı və BƏƏ məmurları isə öz növbəsində Qətəri Suriya və Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” ilə bağlı terrorçu qrupları maliyyələşdirməkdə, həmçinin “Müsəlman qardaşları” partiyasının üzvlərinə diplomatik sığınacaq verməkdə ittiham edir. Maraqlıdır ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın Qətər əmiri ilə telefon əlaqəsi saxladığı haqqında məlumat yayıb. Donald Tramp tərəflərin Vaşinqtonda görüş keçirməsini təklif edib. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul ediblər. Mavritaniya da bu embarqoya qoşulub. Bu arada Türkiyə embarqoya məruz qalan Qətərə ərzaq məhsulları ilə yardım edəcəyini bildirib. Bu məsələnin müzakirəsi üçün yaxın günlərdə Qətərdən Türkiyəyə xüsusi nümayəndə heyəti səfər edəcək. Bundan əvvəl ərəb KİV-ləri yazmışdı ki, Qətərin ərzaq ehtiyatları ölkəyə 4 həftəyə qədər kifayət edəcək və rəsmi Doha içməli su və kənd təsərrüfatı məhsullarının təmin edilməsi məqsədilə Ankara və Tehranla danışıqlara başlayıb. Regionda gedən proseslərdə super güclərlə yanaşı, iri regional oyunçular da müxtəlif gedişlər edir. Bu baxımdan Türkiyə parlamentinin son qərarı proseslər fonunda diqqət çəkir. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi bu ölkənin hərbi kontingentinin Qətərdə yerləşdirilməsi və jandarma qüvvələri üçün təlimlərin təşkili ilə bağlı əməkdaşlığa dair iki müqavilənin layihəsini təsdiq edib. Anadolu Agentliyi xəbər verir ki, birinci qanun layihəsinə əsasən, Qətərin silahlı qüvvələrinin modernləşdirilməsi, müdafiə imkanlarının artırılması məqsədilə hərbi təlimlərin keçirilməsi üçün Türkiyə hərbi kontingentinin bu ölkədə yerləşdirilməsi məsələləri nəzərdə tutulur. Digər qanun layihəsində isə iki ölkənin hərbi strukturları arasında qarşılıqlı səfərlərin, tədris və təlim proqramlarının təşkili, daxili sabitliyin təmin olunmasına, qaçaqmalçılığa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair təlimlərin, müxtəlif kursların keçirilməsi, tədris prosesi zamanı hərbi ləvazimatlarla təminat, texniki-logistik məsələlərdə informasiya və təcrübə mübadiləsi məsələləri əksini tapıb. Dünən Qətərin Daxili İşlər Nazirliyi yazılı açıqlama yayıb. Həmin açıqlamada qeyd edilir ki, dövlət agentliyi olan QNA-da yayılan və dövlətin başçısına aid olduğu iddia edilən məlum müsahibənin kiber hücum nəticəsində sayta yerdəşdirildiyi dəqiqləşib. Xarici mütəxəssislərin də iştirakı ilə aparılan ilkin araşdırmanın nəticəsi də bunu təsdiqləyir. Məlumatda qeyd edilir ki, yaxın günlər ərzində daha geniş məlumat veriləcək. Bildirilir ki, media gücündən istifadə edilərək Qətər hədəfə alınıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info