“Bakcell“ Azərbaycana 5G-ni gətirməyə hazırdır
Tarix: 09.06.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


"Bakcell" MMC 2017-ci ildə 149 yeni 3G şəbəkə stansiyası quraşdırıb. Bunu şikrətin baş icraçı direktoru Nikolai Bekers bugünkü brifinqdə bildirib.
"Şikrət bu sahədə əsas diqqəti bölgələrə yönəldib. 3G şəbəkəsi ilə bərabər 4G və LTE şəbəkəsinin də genişlənməsi üzərində işlər aparılır. Bu il ərzində ölkədə 186 yeni "4G Advance" şəbəkəsi quraşdırılır. Bu şəbəkə əsasən Bakının Ələt, Qarabağ tərəfdə iri miqyaslı sənaye müəssisələri quraşdırılıb. Bu gün Xırdalan və Sumqayıt şəhərlərində də şəbəkədən istifadənin sayı və həcmi artıb. Bunun üçün də biz əsas diqqəti o sahəyə yönəltmişik. Cari ilin sonuna bu şəbəkənin əhatə dairəsi Abşeron yarımadası və Bakı şəhərinin hüdudlarını aşacaq. Bu şəbəkə ölkənin şimalına və cənubuna doğru istiqamət alacaq. Sonradan qərb tərəfə istiqamət almağı planlaşdırırıq. Tələbat artdıqca, bu şəbəkə digər bölgələri də əhatə edəcək", - deyə o bildirib.
Baş icraçı direktor əlavə edib ki, "Bakcell" 5G şəbəkəsinin istismara verilməsində maraqlıdır: "Bu şəbəkənin fəaliyyətə başlaması üçün şirkət ilk növbədə lisenziya almalıdır. Hələlik bu cür lisenziya heç bir şirkətdə yoxdur. Bu, vaxt məsələsidir. İnanıram ki, gec-tez 5G şəbəkəsi Azərbaycana gələcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info