Fidan Hacıyeva “Yeni Səslər” adlı konsertdə çıxış edib
Tarix: 14.06.2017 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Fidan Hacıyeva Azərbaycan səhnəsindən dünya operasına “Yeni Səs” gətirir.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi, mezzo-soprano Fidan Hacıyeva, tələbələri ilə birlikdə sayca 2-ci böyük konsertini verib. Azərbaycan musiqisini xarici ölkələrdə təbliğ edən və dünya bəstəkarlarının operalarını məharətlə ifa edən xanım sənətçi, daim öz davamçılarının olması arzusuna deyəsən artıq çatır. Belə ki, Rəşid Behbudov adına Dövlət Mahnı teatrında, baş tutan “Yeni Səslər” adlı konsertdə Fidan Hacıyeva öz dinləyiciləri üçün sözün həqiqi mənasında yeni və geniş səs imkanlarına malik tələbələr nümayiş etdirib. Konsertdə müxtəlif janrlarda və dillərdə ifa olunan musiqilər tamaşaçıların zövqünü oxşayıb. Gecənin ən yadda qalan hadisəsi isə Elçin Əliyev adlı gənc tələbəsinin dünya şöhrətli opera bəstəkarı Cokomo Puççinin “Turandot” operasından “Şahzadə Kalaf”ın ariyasını – “Nessun Dorma” əsərini məharətlə ifa etməsi olub. Öz çıxışı ilə tamaşaçıları heyrətə gətirən Elçin adlı gənc tələbə, ən uzun sürəli alqışlarla qiymətləndirilib. İfasının sonunda ona verilən gül dəstələrini müəllimi Fidan Hacıyevaya təqdim etməsi və bu təqdirəlayiq addımı tamaşaçılar tərəfindən ona ikinci alqışları da qazandırıb. Daha sonra Fidan Hacıyeva ilə birgə Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operasından “Əskər və Gülçöhrənin dueti”ni (Elə bənd oldum) də məharətlə ifa etməsi Elçin Əliyevi gecənin ulduzuna çevirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
3 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
4 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
5 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info