Xaçmazda inşa olunan xalça istehsalı müəssisəsində160 işçi çalışacaq
Tarix: 17.06.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Xaçmazda “Azərxalça” ASC-nin yeni inşa olunan istehsal müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir. Birmərtəbəli binada toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb və digər xidməti otaqlar yerləşəcək.
Hazırda müəssisənin dam örtüyünün vurulması və binanın suvanması işləri həyata keçirilir. Rayonun Qaradağ Buduq kəndində inşa olunan istehsal müəssisəsinin ümumi sahəsi 1200 kvadratmetrdir. İş icraçısı Etibar Quliyev bildirib ki, tikinti işləri cari ilin sentyabr ayında yekunlaşdırılacaq. İstehsal müəssisəsinin inşası başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. “Azərxalça” ASC-nin Xaçmaz rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda da filial binalarının tikintisi davam etdirilir. ASC-nin ilk filialı 2016-cı ilin noyabrında Füzuli rayonunda açılıb.




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu -VİDEO
10.07.2020
Bu həftə sonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
10.07.2020
Virusa yoluxmuş 2 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırova qarşı üç maddə ilə ittiham irəli sürülüb
10.07.2020
ABAD-dan aztəminatlı ailələrin uşaqlarına dəstək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info