“Prezidentin sərəncamı ilə Dillər Universiteti daha çox müstəqillik əldə edib”
Tarix: 19.06.2017 | Saat: 12:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili, universitetə publik hüquqi şəxs statusunun verilməsi barədə imzaladığı sərəncam çox ciddi bir sənəddir”.
 
Bunu ADU-nun rektoru, akademik Kamal Abdulla deyib.
 
Rektor bildirib ki, sərəncama əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, profildə nəzərdə tutulan istiqamətlər genişlənəcək: “Sərəncama əsasən universitetin öz daxili quruluşunda daha çox müstəqillik əldə etdiyi göz qabağındadır. Bu müstəqillik hər bir bölmənin qarşısında yeni üfüqlər açacaq. Bu, həm də yeni ixtisasların, yeni qurumların, yeni elmi-tədqiqat institutların yaradılması deməkdir”.
 
K. Abdulla qeyd edib ki, ADU-nun genişlənməsi pərakəndəliyə gətirib çıxarmamalıdır: “Bu sərəncam bizi bu gün və sabah üçün öz imkanlarımızı səfərbər etməyə, təhsil istiqamətində öz sözümüzü deməyə səsləyir”.
 
ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev qeyd edib ki, ADU bu etimada layiq görülən ikinci ali təhsil müəssisəsidir: “Bu ilin sonuna kimi müvafiq hüquqi sənədlər - iki ay müddətinə Nazirlər Kabineti tərəfindən universitetin nizamnamə layihəsi hazırlanmalıdır. Bundan sonra bizim fəaliyyət dairəmiz genişlənəcək. Beynəlxalq təhsil layihələrində daima Təhsil Nazirliyinə universitetlərin müstəqilliyinin artırılması təklif edilirdi. Cənab prezidentin imzaladığı sərəncam artıq universitetə fəaliyyət müstəqilliyi verən sənəddir. Eyni zamanda idarəetmə mexanizmi işlək və sadə olacaq”.
 
Ə. Abdullayevun sözlərinə görə, bu sərəncama əsasən ADU-nun maliyyə imkanları cəlb etmə imkanları artacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info