DİM-in şöbə müdiri: “Dövlət qulluğuna qəbul asanlaşdırılıb“
Tarix: 19.06.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


"Əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol - daxili və ümumi müsahibə keçirilməsi müəyyən edilmişdisə, indi sertifikat əldə edən namizədin bu iki yola ehtiyacı olmadan yüksək vəzifəyə təyin edilməsi şansı var". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə deyib. V. Əsgərov qeyd edib ki, yeni dövlət qulluğu modeli sertifikasiya sistemi ilə bağlıdır: "Vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələri əsasında sertifikatla qəbul olunacaqlar. Bu sertifikatın qüvvədə olma müddəti 5 ildir. Şəxs inzibati vəzifələrə uyğun sertifikat alacaq. Bu sertifikat yalnız həmin vəzifə üzrə deyil, həmin vəzifənin alt qrupuna daxil olan bir neçə vəzifə üzrə də qəbul edilir. Misal olaraq, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bundan aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququ qazanacaq. Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, artıq  vətəndaş bir deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulan digər vəzifələr üzrə də keçirilən müsahibələrdə iştirak edə biləcək. Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır".
V. Əsgərov qeyd edib ki, dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM tərəfindən elan ediləcək. Test imtahanında uğur qazananlar üçün müsahibələr bu qurumun nümayəndəsinin iştirakı ilə aparılacaq. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi
26.02.2020
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info