“Dünyada evlərini tərk etməyə məcbur olmuş 65,6 milyon insan var”
Tarix: 19.06.2017 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


2016-cı ilin sonuna görə bütün dünyada təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması nəticəsində 65,6 milyon məcburi köçkün qeydə alınıb. Bu, 2015-ci illə müqayisədə 300 min nəfər çoxdur və statistikanın keçirildiyi müddət ərzində rekord göstərici sayılır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinin iyunun 19-da dərc olunan illik məruzəsində deyilir. Məruzəyə əsasən, öz evlərini tərk etməyə məcbur olmuş 22,5 milyon nəfər xarici ölkələrdə sığınacaq tapıb və qaçqın statusuna malikdir, 40,3 milyon nəfər ölkələri daxilində məcburi köçkün həyatı yaşayır, 2,8 milyon nəfər isə öz ölkəsinin xaricində sığınacaq almağa çalışır.
BMT-nin qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi mətbuat konfransında çıxış edərkən keçən il 7 milyon qaçqının öz evlərinə qayıtdığını və onların yerinə 10 milyon yeni və “təkrar” qaçqın köçünün əmələ gəldiyini bildirib.
Ən böyük qaçqınlar qrupunu – 5,5 milyon nəfəri suriyalılar təşkil edir. Bundan başaq, Suriyanın 6,3 milyon sakini də məcburi köçkün həyatı yaşayır. Beləliklə, Suriya əhalisinin yarıdan çoxu öz evlərini tərk etmək məcburiyyətində qalıb: hər 1000 nəfərə 650 qaçqın və məcburi köçkün düşür.
Məcburi köçkünlərin sayına görə ikinci yeri Kolumbiya (7,7 milyon nəfər) tutur. Onun ardınca Əfqanıstan (4,7 milyon), İraq (4,2 milyon), Cənubi Sudan (3,3 milyon), Sudan (2,9 milyon), Konqo Demokratik Respublikası (2,9 milyon), Somali (2,6 milyon), Nigeriya (2,5 milyon), Ukrayna (2,1 milyon) və Yəmən (2,1 milyon) gəlir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info