Körpələrdə anadangəlmə ürək qüsurları
Tarix: 19.06.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Ana bətnindəki körpədə ürək qüsurunun olması sonradan hansı problemlər yarada bilər? Həmin xəstəlik əsasən hansı səbəblərdən əmələ gəlir?
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq kardioloqu, professor İbrahim İsayev universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bu barədə danışıb.
Professorun verdiyi məlumata görə, körpə ana bətnində olarkən xəstəlik aşkarlanmırsa, sonrakı illərdə uşaqda anadangəlmə ürək qüsurlarının olması bir çox kobud ürək qüsurlarının aşkar edilməsinə çətinlik törətmir: “Bunu diqqətli valideynlərin özləri də aşkarlaya bilər. Belə ki, uşağın narahatçılığı zamanı rənginin dəyişərək göyümtül çalar alması, ana südü ilə qidalanarkən tez yorulması və əmməyə fasilə verməsi, pis yatması, başını gec tutması, gec oturması, gec yeriməsi, yeriyərkən tez-tez oturması, fiziki inkişafdan geri qalması, tez-tez soyuqdəymə xəstəliklərinə tutulması və s. əlamətlərin olmasına fikir vermək lazımdır. Uşağın çəki və boy artma dinamikası daim nəzarətdə saxlanılmalıdır. Çəki və boy artımının 2 yaşlı uşaq üçün olan normal göstəricilərdən geri qalması ciddi siqnal kimi qəbul edilməlidir. Həmin əlamətlərin bir neçəsinin olması kompüter, maqnit-rezonans tomoqrafiyaları və digər yüksək informativli qeyri-invaziv diaqnostik üsulların tətbiqi anadangəlmə inkişaf anomaliyalarının asanlıqla aşkarlanmasına imkan verir. Orta statistik göstəriciyə görə, dünyaya gələn min uşaqdan bir və ya ikisinin ürəyində bu və ya digər kobud inkişaf qüsuru, 10-15-də isə ürəyin kiçik inkişaf anomaliyası olur. Anadangəlmə inkişaf anomaliyası aşkar edilən kimi uşaq dərhal kardioloji müayinədən keçirilməlidir”.
Xəstəliyin yaranma səbəblərindən bəhs edən professor uşaqda ürəyin inkişaf anomaliyasının bir neçə səbəbi olduğunu göstərir: “Bunlardan ən başlıcası, genetik səbəblərdir. İrsi olaraq xromosomlarda olan mutasiya nəticəsində yaranan dəyişikliklər nəsildən nəslə ötürülür. Anadangəlmə ürək qüsurlarının 80 faizə yaxını genetik xromosom dəyişikliklərinin nəticəsi olaraq ortaya çıxır. Qalan 20 faiz isə ananın hamiləlik vaxtı keçirdiyi virus xəstəlikləri, şəkərli diabet, anada olan ürək-qan-damar xəstəlikləri və onun psixoloji durumu, ətraf mühit amillərinin təsiri, şüalanma, qəbul edilmiş dərman maddələri, qidalanma və həyat tərzi, alkoqol və digər amillərin payına düşür. Son zamanlar televizor, mobil telefon və internetin də mənfi təsirinin artdığını inkar etmək olmaz. Geni modifikasiya olunmuş qida maddələrinin də qəbulu da heç də az rol oynamır”.
Professor uşaq orqanizminin inkişafının əsasən yuxuda daha intensiv getdiyini söyləyir: ”Uşaqların həyat tərzinin qurulmasında onların normal yuxusunun miqdarı mütləq nəzərə alınmalıdır. Yeni doğulmuş uşaq 21,1-3 yaş arasında olanlar 18, məktəb yaşlı uşaqlar gündə minimum 8-9 saat yatmalıdır. Onların formalaşması üçün endokrin vəzilərin ifraz etdiyi hormonlar yuxuda daha çox baş verir. Uşaq normal yatmayanda inkişafda mütləq geriləmələr olur. Normal yuxu inkişafın əsasını təşkil edən amillərdən biridir. Məsələn, boy hormonları gündüz yatarkən daha çox ifraz olunur. Bunları mütləq nəzərə almaq lazımdır”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
3 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
4 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
5 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info