İpək yolu ilə bağlı yeni qərar
Tarix: 20.06.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Layihənin Pakistana qədər uzanan hissəsinin təhlükəsizliyini Çin və Pakistan birgə təmin edəcək

Çinlə Pakistan arasında hərbi ittifaqın güclənməsi qonşu Hindistanı bərk narahat edir. Dehli ümumiyyətlə Çinin irəli sürdüyü nəhəng layihəni tanımır. Bir müddət əvvəl Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı Pekinin irəli sürdüyü “Bir kəmər-bir yol” layihəsinə dəstəklə bağlı qətnamə qəbul edildi. Amma Hindistan həmin qətnaməni imzalamadı.
Çin Hind okeanına doğru uzanan iqtisadi dəhlizin mühafizəsini Pakistanla birlikdə həyata keçirəcək. Artıq bu haqda iki ölkənin hərbi strukturları arasında razılıq əldə edilib. Həmin istiqamət üzrə terrorçu qruplaşma fəaliyyət göstərir və onların hücumu nəticəsində iki çinli qətlə yetirilib. Bundan sonra Çinlə Pakistan arasında dəhlizin qorunması ilə bağlı əlavə tədbirlərlə bağlı razılıq əldə edilib. İslamabadla Pekin arasında ittifaqın genilşənməsindən ən çox narahat olan isə Hindistandır. Çinin paytaxtında keçirilən görüşə iki ölkənin ordusunun qərargah rəislərinin qatılması görüşün səviyyəsindən xəbər verir. “Diplomat” nəşri yazır ki, Fin ordusunun generalı Fan Fenuey görüşdə bir daha bəyan edib ki, Çin-Pakistan iqtisadi kəmərinin təhlükəsizliyi birlikdə təmin ediləcək. Ötən il Pakistan tərəfi həmin dəhlizdə çalışan çinlilərin təhlükəsizliyini təmin etmək üçün 10 min nəfərli xüsusi hərbi birləşmə yaradılması ilə bağlı qərar qəbul edib. Fan Fenuey Çin-Pakistan hərbi təliminin keçiriləcəyini də açıqlayıb. Ekspertlər bildirir ki, burada ən incə məsələ həmin dəhlizin qorunmasında Çinin hara qədər getməsidir. Nəzərə almaq lazımdır ki, həmin dəhliz “Bir kəmər-bir yol” adlanan qədim İpək yolunun tərkibinə daxildir. Həmin dəhliz vasitəsilə Çin mallarının Asiyadan Avropaya ixracı nəzərdə tutulur. Bu layihənin siyasi əhəmiyyəti o qədər böyükdür ki, hansısa bir qərar iki ölkənin sərhədlərin asanlıqla aşır. Bu baxımdan Çinlə Pakistanın hərbi əməkdaşlıqla bağlı qərarı region dövlətlərinin də marağına toxunur. Həmin dəhliz Çinin Sinzyan-Uyğur bölgəsindən keçərək Pakistanın iri Karaçi şəhərinə yaxın yerləşən Qavdar limanına çatacaq. “South China Morning Post” nəşri yazır ki, bu dəhliz Çinə öz mallarını Yaxın Şərq və Afrikaya satmağa, Malak boğazının ABŞ-la münasibətlərin kəskinləşməsi zamanı asanlıqla bağlandığını nəzərə alsan, neft idxal etməyə imkan verəcək. Xatırladaq ki, bu boğaz Panama kanalı, Süveyş kanalı kimi mühüm əhəmiyyət kəsb edən coğrafi məkan olmaqla Çin, Pakisan və Hindistan üçün strateji önəm daşıyır. Çinlə Pakistan arasında hərbi ittifaqın güclənməsi qonşu Hindistanı bərk narahat edir. Dehli ümumiyyətlə Çinin irəli sürdüyü nəhəng layihəni tanımır. Bir müddət əvvəl Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı Pekinin irəli sürdüyü “Bir kəmər-bir yol” layihəsinə dəstəklə bağlı qətnamə qəbul edildi. Amma Hindistan həmin qətnaməni imzalamadı. Hindistan Çinin Cənubi Asiyada təsirin artmasını istəmədiyindən buna qarşı siyasət həyata keçirir. Astanada keçirilən sammitlə eyni gündə Kəlküttə şəhərində də iri konfrans keçirilib. Orada bildirilib ki, bu layihə Pakistanı Çinin koloniyasına çevirəcək. Bu fikir Hindistan KİV-ində geniş şəkildə tirajlanıb. Avstraliyanın Hindistandakı keçmiş səfiri Con Makkarti “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, Hindistanda Çin arasında dərin geosiyasi ziddiyyətlər var. Amma iki nəhəng dövləti arasında iqtisadi əlaqə üçün böyük potensial var. Onun sözlərinə görə siyasətdə son qərar olmadığından Dehlinin də nə zamansa Çinin layihəsinə qoşulacağı istisna deyil.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info