Azərbaycan həqiqətlərinin təbliğində bloqçuluq
Tarix: 19.06.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Prezident yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində Bakı İslam Universitetində xarici dil bilən və internetdə aktiv olan gənclər üçün “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzusunda təlim keçirib. Təlimdə 20 gənc iştirak edib. Təlimdə xarici dillərdə Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda yazılarla effektli bloqçuluq fəaliyyətinin yolları iştirakçılara başa salınıb. Burada gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib, bu sahədə bloq yaratmaq və bloqu effektiv idarə etmək qaydaları və üsulları izah edilib. Sonda təlimi uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib. Məlumat üçün bildirək ki, layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış” mövzularında təlim keçirilib. Həmçinin, layihə çərçivəsində “Yenimedia.press” saytının Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi, layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabçanın çap edilməsi həyata keçiriləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Monteneqro Prezidenti Bakıya gələcək
19.02.2018
BANM-in tələbələri “PetroBowl” müsabiqəsi üzrə çempionatın qalibi seçiliblər
19.02.2018
ADPU ilə Kipr Universiteti arasında müəllim-tələbə mübadiləsi aparılacaq
19.02.2018
“Multikulturalizm və tolerantlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndiririk”
19.02.2018
Regionlarda müşahidəçi və seçki fəalları üçün təlimlər keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info