“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat keçirilib
Tarix: 20.06.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Tikinti şirkətləri üçün “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat keçirilib.
 
Təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.
 
Ü. Mehdiyev bildirib ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına uyğun olaraq, təşkilati – hüquqi işlər görülüb, tikinti şirkətlərinin müvafiq məlumatlandırılması təmin edilib: “Bu fərmanda bizə konkret tapşırıqlar verilib. Sahibkarlarla görüşün əsas məqsədi qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı əməkdaşlıq etməkdən ibarətdir. Eyni zamanda fərmanda göstərilən tapşırıqların icrası ilə bağlı sahibkarları məlumatlandırmaq və görəcəyimiz işlər haqda onlara məlumat vermək istəyirik. İlkin olaraq, Bakı şəhərində çoxmənzilli yaşayış binaları tikən subyektlərin və həmin obyektlərinin elektron reyestri yaradılıb”. 
 
Dövlət Agentliyinin əməkdaşı Fariz Cəfərov qeyd edib ki, fərmana əsasən, yaradılacaq Məqsəd Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin əsas fəaliyyəti qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması, işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması, tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılmasından ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info