Məktəblərə istedadlı uşaqların qəbulu müsabiqəsi başlayıb
Tarix: 20.06.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb. Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir.
Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat “mektebeqebul.edu.az” saytında aparılır. Qeydiyyatdan keçmiş valideyn müsabiqənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli tam orta məktəbə gətirməlidir. Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr -31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.
Cari ilin 16 sentyabr -31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün valideynlər şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək müsabiqəyə yazılmalıdırlar.
Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinin iyulun 10-da yekunlaşması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info