Nazir: “İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür”
Tarix: 20.06.2017 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Dağlıq Qarabağda otellər tikməsinə, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq, hostel kimi istifadəyə verilməsinə münasibət bildirib.  
Nazir deyib ki, Ümumdünya Turizm Təşkilatı bununla bağlı açıqlama verib, bu halı pisləyib: “Təşkilatın xüsusi qərarı var ki, işğal altında olan təhlükəli ərazilərdə turizm təbliğatı və təşkili məqsədəuyğun deyil. Bu, beynəlxalq təşkilatın qərarıdır və bütün dünya ölkələrinə göndərilir. Qərara əməl edənlər var. Qonşularımız isə bu qərara məhəl qoymur, öz işlərindədir”.
 Ə. Qarayev əlavə edib ki, qəbul olunan qərarlara dəfələrlə hörmətsizlik onların siyasətidir, buna təəccüblənmək lazım deyil: "İnanmıram ki, işğal altındakı torpaqlarımıza turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, onların diaspor təşkilatlarının və kimlərinsə imkanları hesabına bəziləri oralara gedə bilər. Bildiyiniz kimi, həmin ərazilərə səfər edənlər də Azərbaycana gəlmək imkanından məhrum olurlar. Ona görə də beynəlxalq qurumlar və qanunlar Azərbaycanın mövqeyini dəstəkləməkdədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Beşinci və yeddinci siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb
21.06.2018
Ziyalı ömrünün akkordları
21.06.2018
700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
21.06.2018
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018
Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info