Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub
Tarix: 20.06.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər
Ağstafa şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd edib ki, dramaturq, nasir, publisist Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Ağstafada anadan olub. Ulu Öndərin qayğısı ilə 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin olunan Nəriman Həsənzadə 1990-cı ilədək bu vəzifədə çalışıb. Həmçinin Azərbaycan yazıçılarını keçmiş SSRİ məkanında təmsil edən Ədəbiyyat Fondunun da rəhbəri olub. Prezident İlham Əliyevin sərəncamları ilə N.Həsənzadəyə 2005-ci ildə “Xalq şairi” fəxri adı verilib, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif olunub, Prezidentin fərdi təqaüdünə layiq görülüb. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli şairə Heydər Əliyev mükafatı verilib.
Tədbirdə akademik Teymur Bünyadov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, elmlər doktoru İlham Pirməmmədov, professor İbrahim Quliyev və başqaları çıxış edərək, şairin həyat və yaradıcılığından danışıblar.
Nəriman Həsənzadə hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevə, onun davamçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirib.
Yubiley tədbiri konsert proqramı ilə yekunlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8224

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info