Alveş “Yuventus“dan ayrılmaq istəyir
Tarix: 20.06.2017 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Maradona ulduz futbolçu haqda: “O, axmaqdır”
Danil Alveş "Yuventus"dan ayrılmaq istəyir. "Sky Sport İtalia"nın yaydığı xəbərə görə, argentinalı müdafiəçi meneceri vasitəsi ilə Turin klubu rəhbərliyindən müqaviləsinin ləğv olunmasını tələb edib. Müqaviləsi 2018-ci ildə başa çatacaq D.Alveşin bu istəyinə rəhbərliyin hansı cavabı verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, D.Alveşin "Mançester Siti" ilə razılığa gəldiyi iddia edilir. Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona “Yuventus”un müdafiəçisi Dani Alveşin oyununu dəyərləndirib. Argentinalı mütəxəssis Braziliya millisinin üzvünü zəif futbolçu hesab edir. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fujayra” klubuna baş məşqçi təyin edilən Maradona 34 yaşlı cinah oyunçusunu təhqir etməkdən də çəkinməyib: “Dani Alveş axmaqdır. O, müdafiəçidir, ancaq öz mövqeyində çıxış etmir. Dani səviyyə baxımından Braziliya millisinin keçmiş cinah müdafiəçiləri Kafu və Maykondan uzaq qalır. Onlar daha güclü futbolçular idi. Alveş oyunda 3 dəfə topa toxunur və 8 dəfə fol edir. Əgər onun haqqında danışacağıqsa, yaxşısı budur ki, mən gedim”. Qeyd edək ki, Dani Alveş bu yaxınlarda Argentina yığmasının hazırkı kapitanı Lionel Messini Maradona ilə müqayisə etmiş və Leonun daha güclü olduğunu açıqlamışdı.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info