Gənclərin peşə və sahibkarlıq bacarıqları artırılır
Tarix: 21.06.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması" layihəsini həyata keçirir. Layihə peşə qabiliyyətli gənclərin gənclərin təhsil və karyera quruculuğunda uğur əldə etməsi və peşə bacarıqlarının artırılması üçün təlimlər keçirilir. Bakı şəhərində keçirilən növbəti təlim zamanı gənc sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün bazar dəyər zənciri, bazar araşdırması, bazar planlaması, biznes planların strukturu, təhlili və hazırlanması, uğurlu biznes ideyalarının seçilməsi meyarları, sahibkarlıq fəaliyyətinin qanunvericilik əsasları və müvafiq sahə üzrə aidiyyəti məsələlər müzakirə olunmuşdur.
Təlimlər zamanı gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanmışdır. Bakı şəhərində keçirilən təlimdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və karyerasında uğur əldə etmək istəyən gənclər, ali məktəb tələbələri iştirak etmişdir. Biznes ideyalarının reallaşdırılması və biznes plan haqqında təqdimat hazırlayan təlimçi iştirakçılara bazarın analizi, araşdırılması və biznes planlarının tərtib olunması haqqında praktik məlumat vermişdir. Təlim iştirakçılarının hazırladığı biznes planların müzakirəsi aparılmış, planın bazara uyğunluğu, riskləri, indikatorları analiz edilmişdir. Biznes planların yerli mövcud resusrlardan yararlanması və real olması ilə bağlı müzakirələr davam etdirilmişdir. "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək xidmətlərini göstərməkdə davam edəcəkdir. Gənclərin biznes planlarının texniki qiymətləndirilməsi və müasir bazarın tələblərinə uyğun olaraq reallaşdırılması ilə bağlı Mərkəz tərəfindən dəstək xidmətləri göstəriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Ötən il Astarada 1900 yeni iş yeri açılıb
19.02.2020
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb
19.02.2020
AAYDA-də ənənəvi qanvermə aksiyası keçirilib
18.02.2020
Baş infeksionist koronavirusla bağlı xəbərdarlıq etdi
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
3 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib
4 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
5 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info