Formula-1 Azərbaycan Qran-Prisi dünya mətbuatının diqqət mərkəzində
Tarix: 21.06.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər
İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq prosesi dünya mətbuatının müzakirə mövzusuna çevrilib.
AZƏRTAC xəbər verir ki, Britaniya mətbuatında yarışlar barədə yazılara geniş yer verilib. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi haqqında bir sıra məqalələr yayımlanmaqdadır. Britaniyanın “Clubcall” xəbər saytında yerləşdirilən yazıda yarışa hazırlıq prosesində əsas işlərin artıq görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, Formula-1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edən Bakının küçələri möhtəşəm həftəsonu üçün tam hazır vəziyyətə gətirilib. Yarışı izləyəcək tamaşaçılar Bakının tarixi və mədəniyyət abidələrini də yaxından seyr etmək imkanı əldə edəcəklər. Dünyanın məşhur pilotları məhz bu yarışlar üçün Bakıya gələcəklər.
Britaniyanın “Skysport” portalı isə “McLaren” klubunun Formula-1 Azərbaycan Qran-Prisinə hazırlığından yazıb. Məqalədə komandanın müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış etdiyi qeyd olunub.
“Sportsmole” onlayn nəşrində Azərbaycan Qran-Prisində bolidlərin mühərriklərində müəyyən yeniliklərin olacağı barədə məlumat yerləşdirilib. Yazıda “Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri Yusuke Haseqavanın aşağıdakı fikirləri diqqətə çatdırılıb: “Bakıda daxili yanma mühərrikində (DYM) bəzi yeniliklər olacaq. Bunu mühərrikin üçüncü spesifikasiyası adlandırıb-adlandırmayacağımızı bilmirəm. Amma biz müvəqqəti olsa da, mütləq müəyyən yeniliklər edəcəyik. Ancaq əgər siz DYM-ni yaxşılaşdırırsınızsa, onda işlənmiş qazların temperaturu azalır və bu da turbindən və “MGU-H”dan əldə olunan enerjinin azalmasına gətirib çıxarır. Vəziyyət düşündüyünüzdən daha mürəkkəbdir”.
“Motorsportweek” saytında “McLaren” komandasının pilotu Fernando Alonsonun fikirlərinə yer verilib. Bakıda keçiriləcək Qran-Priyə yüksək əzmlə hazırlaşdığını qeyd edən Fernando Alonso deyib: “Biz Bakıya qətiyyətlə gedirik. Lakin bu, heç kimə sirr deyil ki, bu həftəsonu bizi çətin mübarizə gözləyir. Lakin biz mübarizə aparmağa hazırıq”.
F.Alonso Bakını Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçim adlandırıb. O, iştirakçıları maraqlı yarışın gözlədiyini deyib: “Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq, Qran-Priyə ev sahibliyi edən Bakının uğurundan sonra Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran-Prisinin səfiri olaraq, öz yoldaşlarıma və həmkarlarıma nisbətən orada daha çox vaxt keçirmişəm. Deyə bilərəm ki, Bakı Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən İçərişəhərin qala divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir. Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, Bakıya olduqca əzmlə yollanırıq. Güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik, Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlüklər işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz həmişə olduğu kimi mübarizə aparacağıq. Bakı şəhər halqası Formula-1 təqvimindəki ən sürətli şəhər trekidir və pilotlar üçün yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyəcanvericidir. Həmişə olduğu kimi, yarışın startı bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü baş tutacaq sıralama turuna cümə günü sərbəst yürüşlərdə ciddi hazırlaşmaq lazımdır”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Monteneqro Prezidenti Bakıya gələcək
19.02.2018
BANM-in tələbələri “PetroBowl” müsabiqəsi üzrə çempionatın qalibi seçiliblər
19.02.2018
ADPU ilə Kipr Universiteti arasında müəllim-tələbə mübadiləsi aparılacaq
19.02.2018
“Multikulturalizm və tolerantlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndiririk”
19.02.2018
Regionlarda müşahidəçi və seçki fəalları üçün təlimlər keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8435

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info