“Liberal dünya nizamının sonu çatıb”
Tarix: 21.06.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər



Almaniyanın maliyyə naziri Volfqanq Şoyble:
“ABŞ-ın Rusiya və Çinə öz təsir dairələrində azad dominantlıq etməsinə imkan verməsi liberal dünya nizamının sonu deməkdir”

ABŞ-da Donald Trampın hakimiyyət gəlməsindən sonra dünyada siyasi vəziyyətin necə olacağı, Birləşmiş Ştatların hansı siyasi kursu həyata keçirəcəyi ilə bağlı suallara hələ də tam aydınlıq gətirilməyib. Əsas siyasi mərkəzlər yeni dönəmlə bağlı proqnozlarında tərəddüd edirlər. Son vaxtlar Avropanın siyasi mərkəzlərindən səslənən fərqli bəyanatlar da bunu təsdiqləyir. Avropa İttifaqına üzv olan ölkələr meydanda tək qala biləcəklərini fərqinə varmağa başladıqları üçün daha kənardan yardım olmadan özlərinə güvənməklə bağlı açıqlamaların sayını artırıblar. Onlar NATO çətirinin onlar üçün nə dərəcədə etibarlı olduğu sorğu-sual etməyə başlayıb. İndiyə qədər Birləşmiş Ştatlara güvənən Avropa İttifaqı bundan sonra əsas güc mərkəzləri ilə müstəqil siyasət qurmaq, təhlükəsizliyi müstəqil şəkildə təmin etmək haqqında düşünməyə başlayıb. Doğrudur, bu, son dərəcə çətin olacaq. Belə bəyanatı səsləndirən Avropa mərkəzlərində hələ də ABŞ-ın nüvə silahlarının yerləşdiyini nəzərə alsaq, onların Vaşinqtondan asılılıq dərəcəsi işin mahiyyətini ortaya qoymaq üçün yetərlidir.

“Əgər, Birləşmiş Ştatlar dünya nizamının qorunmasında roluna şübhə etməyə başlayıbsa – son illər biz buna işarələrin şahidi olmuşuq – onda mənim buna yaşamam belədir ki, bu, Almaniya da daxil olmaqla Avropaya yeni fəaliyyət üçün çağırışdır”

“Avropanın lokomotivi” sayılan Almaniya kansleri xanım Merkelin ABŞ-a səfərindən sonra Berlində müstəqil siyasətlə bağlı fikirlərin sayı daha da artıb. Berlin Vaşinqtonun onları Moskva qarşısında pis vəziyyətdə qoymasından ehtiyatlanır. Almaniyada bir siyasi xəttin Rusiya ilə münasibət saxlamaq siyasəti bu ehtiyatla bağlıdır. Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bildirib ki, ABŞ-ın Rusiya və Çinə öz təsir dairələrində azad dominantlıq etməsinə imkan verməsi liberal dünya nizamının sonu deməkdir. Almaniyanın maliyyə naziri Vaşinqtonda kimlərinsə həqiqətən də Rusiya və Çinə bəzi yerlərdə ABŞ-ın yerini tutmaq və təsir dairələrində sərbəst dominantlıq etməyin dünya nizamını daha dayanaqlı etməsinə inanmasına şübhə edir. Volfqanq Şoyble “Röyter”ə açıqlamasında bildirib ki, rəsmi Vaşinqton tərəfindən həyata keçiriləcək belə siyasət dünya nizamının sonu olacaq: “Bu, liberal dünya nizamının sonu deməkdir. Qeyd etdiyim bu nizam siyasi-iqtisadi və etik şərtlər baxımından mümkün olanların arasında ən yaxşısıdır. Ona görə də biz liberal dünya nizamının davam etməsində maraqlıyıq. Ən pis halda biz onun zəifləməsini görmək istəmirik”. Maliyyə naziri bu məsələdə Avropanın oynayacağı rolla bağlı də açıqlama verib. Onun sözlərinə görə, Avropa liberal və demokratik dünya nizamının müdafiəsi işində üzərinə daha böyük cavabdehlik götürməlidir: “Biz ABŞ-ın bu məsələdə daha hazırlıqsız olduğunu görürük. Ona görə də əməkdaşlığı daha da yaxşılaşdırmalı, qarşılıqlı etimada güvənməli və öz dəyərlərimizə sadiq olmalıyıq”. Maliyyə nazirinin fikrincə, bu gün dünyada problemlərin sayı durmadan artır: “İqlim dəyişikliyi, beynəlxalq terrorizm və miqrasiya kimi problemlərdən çıxış yolu ancaq ölkələr arasında sıx əməkdaşlıqdır. Ölkələrin əməkdaşlığı nəticəsində problemləri tədricən həll etmək mümkündür”. Almaniyanın maliyyə naziri Volfqanq Şoyble açıqlamasının sonunda yenə də dünya nizamında ABŞ-ın oynadığı rola toxunub: “Əgər, Birləşmiş Ştatlar dünya nizamının qorunmasında roluna şübhə etməyə başlayıbsa – son illər biz buna işarələrin şahidi olmuşuq – onda mənim buna yaşamam belədir ki, bu, Almaniya da daxil olmaqla Avropaya yeni fəaliyyət üçün çağırışdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info