Qaxda 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşır
Tarix: 21.06.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun yenidən qurulması istiqamətində işlər cədvələ uyğun davam etdirilir. Hazırda yolun qalan 7 kilometrlik hissəsində təmir-tikinti işləri başa çatmaq üzrədir. Tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mühəndisi Rövşən Heydərov bildirib ki, yolun həmin hissəsində 10 metr enində yol yatağının tikintisi artıq başa çatdırılıb və yola 8 santimetr qalınlığında birinci qat asfalt-beton örtüyü döşənib. Yolboyu zəruri olan yerlərdə ümumi uzunluğu 64 metr olan suötürücü borular quraşdırılıb. Tikinti işləri çərçivəsində hazırda yolun Fıstıqlı kəndinə giriş hissəsində 5 santimetr qalınlığında üst qat asfalt-beton örtüyü döşənir. Bu işlərin 10 gün müddətinə başa çatdırılması nəzərdə tutulur. Mühəndisin bildirdiyinə görə, tikinti işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Tikinti-quraşdırma işləri tam başa çatdırıldıqdan sonra yol istismara veriləcək. Xatırladaq ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi
26.02.2020
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info