Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub
Tarix: 22.06.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verib. Son illər paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilib. Prezident Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında şəxsən iştirak edib. Hazırda 9 məhkəmə, o cümlədən Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhərinin Binəqədi, Suraxanı, eləcə də Zaqatala, Qəbələ və Masallı Rayon məhkəmələrinin yeni inzibati binalarının inşası aparılır. Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının inşasına 2015-ci ilin mayında başlanılıb. Tikinti işləri müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, binada onların sərbəst hərəkəti üçün bütün zəruri şərait yaradılmaqla yanaşı, girişdə əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılıb. Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Nərimanov Rayon Məhkəməsi təxminən 200 minə yaxın əhaliyə xidmət edəcək. Burada 90 nəfər, o cümlədən 13 hakim, 80-ə yaxın məhkəmə aparatı əməkdaşı və digər hüquqşünaslar işləyəcək. Binada ümumilikdə 8 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamına əsasən burada da bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslərin zalda vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var. Son vaxtlar tikilmiş məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı Nərimanov Rayon Məhkəməsinin binası da inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Eyni zamanda, vəkillər, dövlət ittihamçıları və icra məmurları da ictimai zonadan istifadə edəcəklər. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Burada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün mərtəbələrin döşəməsində xüsusi örtük, otaqların adlarını əks etdirən lövhələrdə və liftlərdə xüsusi yazılar var. Nərimanov Rayon Məhkəməsinin binasında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Prezident binanın balkonundan ətraf ərazini seyr edib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezidentə Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişdiyi ərazidə aparılan əsaslı tikinti işləri barədə məlumat verib. Bu ərazidə pilot layihə çərçivəsində 5 müasir yaşayış kompleksi inşa olunacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, icra edilən bu layihələr ilk növbədə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Binanın konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Prezidentə “Elektron məhkəmə” informasiya sistemi barədə məlumat verilib. Məhkəmə binasında müasir gözləmə yerləri quraşdırılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb, vətəndaşlara tibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
19.09.2020
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
19.09.2020
Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!
19.09.2020
Prezident: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
19.09.2020
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info