Dövlət Dəniz Administrasiyasında Avropa Parlamentinin direktivinə dair seminarlar keçirilib
Tarix: 22.06.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Dövlət Dəniz Administrasiyasında Beynəlxalq Dəniz Təşkilatının bir sıra konvensiyalarına, o cümlədən Avropa Parlamentinin direktivinə dair seminarlar keçirilib.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasında dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Dənizdə təhlükəli və zərərli maddələrin daşınması ilə əlaqədar dəymiş ziyana görə öhdəlik və təzminat üzrə Beynəlxalq Konvensiya”, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiya”, “Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin təhlükəsiz və ətraf mühitə uyğun şəkildə səmərəli utilizasiyasına dair Honq Konq Konvensiyası”na, o cümlədən 2005/35/EC saylı Avropa Parlamentinin direktivinə dair seminarlar keçirilib.
Adıçəkilən Tvinninq layihəsinin başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsindən və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.
Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan ispaniyalı mütəxəssislər - professor J.L.Qabaldon, kapitan L.Fernandez və R.Pastor tərəfindən “Dənizdə təhlükəli və zərərli maddələrin daşınması ilə əlaqədar dəymiş ziyana görə öhdəlik və təzminat üzrə Beynəlxalq Konvensiya”ya dair anlayışlar, gəmi sahibinin mülki məsuliyyəti, məsuliyyətin və məcburi zəmanətin məhdudlaşdırılması, təhlükəli və zərərli maddələrin daşınması üzrə fondun yaradılması, təzminatı və əlaqədar işlər, fondun ianələri, təşkili və idarəedilməsi, tərəf dövlətin vəzifələri, iddialar və görülən tədbirlər, İspaniya dəniz hüququnda və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində nəzərdə tutulan təhlükəli və zərərli maddələrdən dəyən ziyan üzrə məsuliyyət, həmçinin bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət, “Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya”nın məqsədi, ümumi prinsipləri, sahil dövlətinin və gəmi sahibinin öhdəlikləri , mübahisələrin həlli, Avropa Parlamentinin 2005/35/EC saylı direktivi və digər məsələlər Dövlət Dəniz Administrasiyasının əməkdaşlarına ətraflı şəkildə izah edilib.
Seminarların sonunda əldə olunan biliklər bir daha nəzərdən keçirilib. Eyni zamanda, iştirakçılara sertifikatlar təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info