Məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır
Tarix: 22.06.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın iştirakı ilə məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr iyunun 20-23-də Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində əmək statistiklərinin XX beynəlxalq konfransına hazırlıq məqsədilə regional tədbiri və məşğulluq statusuna dair yenidən işlənib hazırlanan beynəlxalq təsnifatla bağlı ekspertlərin texniki iclasında aparılır.
Tədbirlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri, Beynəlxalq Əmək Təşkilatı İşçi qrupunun üzvü Nemət Xuduzadə qatılıb.
Tədbirlərdə ABŞ, İsrail, Rusiya, Moldova və Avropa İttifaqına üzv ölkələrin milli statistika qurumlarının və 3 beynəlxalq təşkilatın (Beynəlxalq Əmək Təşkilatı, Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)) mütəxəssisləri iştirak edirlər.
İclasın əsas məqsədi Avropa və digər region ölkələrin mütəxəssisləri ilə əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı əmək statistiklərinin XIX Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələrin davam etdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info