Robot bəstəkarlıq edir
Tarix: 22.06.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


ABŞ-ın Corciya ştatının Texnologiya Universitetinin tədqiqatçılar qrupu bəstəkarlığı bacaran “Şimon” adlı robot yaradıb. Robot neyron şəbəkələr və dərin təlim texnologiyaları sayəsində Malayziyanın zərb musiqi aləti marimbada ifa etməklə yanaşı, musiqi bəstələyə bilir. Bunun üçün robot müxtəlif stil və istiqamətlərə aid iki milyondan çox melodiyanın yer aldığı musiqi kitabxanasını “araşdırıb”, beş mindən çox musiqi əsərini “dinləyib”. Beləliklə, “Şimon” ona bəstəkar karyerasına başlamağa imkan verən “musiqi təhsili” alıb.
AZƏRTAC xəbər verir ki, robotun musiqi bacarıqları getdikcə inkişaf etdirilir. Belə ki, tədqiqatçılar onu müxtəlif musiqi informasiyası ilə təmin edirlər. “Şimon” sekvensiyalar və improvizasiya daxil olmaqla musiqinin texnikasına yiyələnir. Artıq müəyyən stil haqqında danışmaq olar. “Şimon” klassik musiqi və cazın sintezi olan “fusion” stilini daha çox bəyənir.
Əldə etdiyi müəyyən uğurlara baxmayaraq, demək olmaz ki, “Şimon” Bethoven və ya Bax kimi bəstəkarlarla rəqabət apara bilir. Lakin şou-biznes üçün musiqi bəstələyənlərin narahatlığına əsas var.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bu filmləri qorxmadan izləyənlərə mükafat veriləcək: 13 min dollar…
21.09.2019
UFO mövcuddur - Amerikalılar “51-ci zona”ya hücuma hazırlaşır
21.09.2019
Atatürk ‘‘liderlәr’’ siyahısında birincidir
21.09.2019
“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb
21.09.2019
70 minlik saatı oğurlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info