Müəllimlərə təlimlər keçirilib
Tarix: 22.06.2017 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər həyata keçirib.
2017-ci ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilib. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə Həyat Bilgisi fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilib. Təlimlər zamanı sığorta mövzusu yerli sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədris olunub. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilmiş və iştirakçılar tərəfindən kiçik biznes layihələr hazırlanıb.
Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılıb, qiymətləndirilmə aparılmış və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanıblar. Sertifikatların verilmə mərasimi tərəfdaş qurumların iştirakı ilə 16 iyun 2017-ci il tarixində Mərkəzi Bankda keçirilib. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilmiş, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilib.
Maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti əsas hədəf qruplardandır və onların maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info