TAP kommunal nəqliyyat vasitələrinin alınmasına 9 mln. avro xərcləyəcək
Tarix: 22.06.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Trans-Adriatik Qaz Kəməri Konserni (TAP) Şimali Yunanıstanda nəqliyyat vasitələrinin modernizasiya proqramı çərçivəsində 9 mln. avro investisiya yatıracaq.
“APA-Economics”in TAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəsait boru kəmərinin Şimali Yunanıstandan keçdiyi üç əyalətdə yerli icmalar üçün kommunal nəqliyyat vasitələrinin və maşınlarının alınmasına xərclənəcək.
Qeyd edək ki, bu təşəbbüs Yunanıstan hökuməti və nazirlikləri ilə sıx əməkdaşlıq nəticəsində işlənilib və ümumi həcmi 32 mln. dollar olan sosial və ekoloji investisiyalar proqramının bir hissəsidir.
Məlumatda deyilir ki, ayrılan 9 mln. avro vəsaitin hesabına 33 ədəd təcili tibbi yarıdım, 22 ədəd tullantıların daşınması , 17 ədəd meşə təsərrüfatı, 14 ədəd qar təmizləyən və 6 ədəd mülki müdafiəsi üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin alınmasına xərclənəcək.
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "nam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info