Səhiyyə naziri tapşırıqlar verdi
Tarix: 22.06.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr İmzalayıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib.
Əmrdə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" ın təsdiqlənməsi və bu qaydaları səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində rəhbər tutmaları tapşırılır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.Qasımova sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu bu əmrin birinci bəndi ilə təsdiq edilmiş qaydalara əsasən təmin edilməsi, pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə tətbiqi edilməsi tapşırığı da Əmrdə öz əksini tapıb.
Daha sonra kadrlar, elm və təhsil şöbəsinin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədrinə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə 1 ay müddətində təkliflər hazırlanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın texniki tapşırığının və proqramın hazırlanması, həmçinin istifadəyə verilməsi təmin edilməsi tapşırılır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info