Venesuela prezidenti XİN rəhbərini dəyişib
Tarix: 23.06.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Venesuela prezidenti Nikolas Maduro ölkənin xarici işlər naziri Delsi Rodriqesi vəzifəsindən azad edib. “RİA Novosti” agentliyinin xəbərinə, digər fərmanla ölkə başçısı Samuel Monkadanı XİN rəhbəri təyin edib. S.Monkada əvvəllər Venesuelanın BMT və ADT-da (Amerika Dövlətləri Təşkilatı) nümayəndəsi, xarici işlər nazirinin Şimali Amerika üzrə müavini olub. Delsi Rodriqesin nazir postunda fəaliyyətini müsbət qiymətləndirən Maduro bildirib ki, sabiq nazirin namizədliyi Konstitusiya Assambleyasına sürüləcək. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info