Avropa ölkələri borc bataqlığında
Tarix: 22.06.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Avropa Statistika Komitəsinin yaydığı məlumata görə, AB-də 2016-cı ildə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 83,5 faiz səviyyəsində reallaşıb.
Bu dövrdə avronu istifadə edən Birlik üzvlərindən ibarət olan Avro qrupunda isə bu rəqəm 89,2 faizə çatıb. Eyni dövrdə Türkiyədə Avropa borcun milli gəlirə nisbəti 28,3 faiz səviyyəsində olub. Beləliklə, Türkiyədə dövlət borcunun milli gəlirə nisbəti keçən il AB üzvü olan 28 ölkənin 26-dan aşağı səviyyədə reallaşıb.

Ən yüksək dövlət borcu
Yunanıstanda

Yunanıstan, AB-yə üzv ölkələr arasında 2016-cı ildə ən çox dövlət borcuna malik ölkə olub. Yunanıstanda dövlət borcunun ÜDM-ə nisbəti 179 faizə çatıb.
Bu ölkəni 132,6 faiz ilə İtaliya və 130,4 faizlə Portuqaliya izləyib. Dövlət borcunun milli gəlirə nisbəti Kiprdə 107,8 faiz, müxtəlif AB təşkilatlarına və NATO-ya ev sahibliyi edən Belçikada isə 105,9 faiz olub. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada dövlət borcunun milli gəlirə nisbəti 68,3 faiz olduğu halda, bu rəqəm Fransada 96 faiz, Birlikdən ayrılma qərarı alan İngiltərədə 89,3 faiz, İspaniyada isə 99,4 faiz səviyyəsindədir.

Dövlət borcu az olan ölkə Estoniyadır
Həmin dövrdə AB-də dövlət borcunun milli gəlirə nisbətinin ən aşağı olduğu ölkə isə 9,5 faizlə Estoniya, 20 faizlə Lüksemburq olub. Yalnız bu iki ölkədə dövlət borcunun milli gəlirə nisbəti Türkiyədən aşağı səviyyədə müşahidə edilib.
Türkiyənin ardınca 29,5 faizlə Bolqarıstan, 37,2 faizlə Çexiya, 37,6 faizlə Rumıniya, 37,8 faizlə Danimarka, 40,1 faizlə Latviya, 40,2 faizlə Litva, 41,6 faizlə İsveç, 51,9 faizlə Slovakiya, 54,4 faizlə Polşa, 58,3 faizlə Malta, 62,3 faizlə Hollandiya, 63,6 faizlə Finlandiya gəlir. AB-yə üzv ölkələrin iqtisadi və pul birliyində iştirakı üçün nəzərdə tutulmuş zəruri şərtlərin təyin olunduğu Maastrixt kriteriyalarına görə, dövlət borc ehtiyatlarının, ümumi daxili məhsula nisbətinin 60 faizi keçməməsi lazımdır. Bu məlumatlara görə, AB üzvü 28 ölkənin əksəriyyəti bu meyarı ödəyə bilmir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info