Şəki “İpək Yolu” festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
Tarix: 23.06.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“İyunun 27-dən iyulun 1-dək Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə uyğun olaraq builki festivalda İslam ölkələrindən ola musiqi kollektivlərinə daha çox yer ayrılıb.
Festivalın musiqi, dostluq və həmrəylik bayramına çevriləcəyinə inanırıq”. Bunu festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festivala həsr olunmuş mətbuat konfransında deyib. Bildirilib ki, bu festival ənənəvi olaraq keçirilir. Festivalın özəlliyi ondan ibarətdir ki, festival çərçivəsində konsertlər Şəkinin memarlıq abidələrinin önündə təşkil edilir. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ edilir. Qeyd edilib ki, Şəki əsrlər boyu ipəyin vətəni olub və bu gün də orada ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var. F.Əlizadə Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer aldığını diqqətə çatdırıb. Festivalın proqramı barədə məlumat verən Firəngiz Əlizadə bildirib ki, festivalda Türkiyədən “İzmir Devlet Türk Dünyası Dans və Müzik Topluluğu”, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyada “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcək. Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək. Festivalın açılış mərasimi iyunun 27-də Marxal Yay Teatrında baş tutacaq. Festival Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi ilə açılacaq. Bağlanış mərasimdə isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. Festival çərçivəsində Şəki Musiqi Kollecində görkəmli bəstəkar, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Həmçinin Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti olacaq. Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib. Festival çərçivəsində Cövdət Hacıyevə həsr edilmiş konsertdə Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənəcəyini deyib. Mətbuat konfransında iştirak edən Aygün Səmədzadə festivalın açılış mərasimdə müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu bildirib. Eyni zamanda, şəkili ifaçılar da çıxış edəcəklər. A.Səmədzadə konsertdə mahnılarla yanaşı, müəllifi olduğu “Dağlı rəqsi”nin ifa olunacağını deyib. Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərdə C.Hacıyevin yubileyinin qeyd edilməsi olduqca qürurvericidir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info