Zaqatalada gül yağı zavodu tikilir
Tarix: 23.06.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Təsadüfi deyil ki, Zaqatala respublikamızda “Qızılgüllər diyarı” kimi də tanınır.
Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri iş aparılır. Artıq rayonun Aşağı Tala kəndinin ərazisində gül yağı zavodunun tikintisinə də başlanılıb. Emal müəssisəsinin tikintisi “AZROSE” MMC-nin sifarişi ilə “LSM-İnşaat” MMC tərəfindən həyata keçirilir. İş icraçısı İbrahim İbrahimov bildirib ki, zavodun ümumi ərazisi 2,7 hektardır. Müəssisəyə istehsalat binası, hazır məhsul anbarı, inzibati bina, həmçinin yardımçı tikililər, o cümlədən qazanxana binası, 200 kubmetr tutumu olan su anbarı, nasosxana və sutəmizləyici qurğu daxildir. Hazırda inzibati binanın ikinci mərtəbəsində qəlib və armaturlama işləri görülür. İstehsalat binasının bünövrəsinin betonlanması işləri də artıq yekunlaşıb. Zavodun tikintisinin bu il avqustun sonu - sentyabrın əvvəlində başa çatdırılması nəzərdə tutulur. Emal müəssisəsinin xammala olan tələbatını ödəmək məqsədi ilə yeni gül plantasiyasının salınması üçün ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül, 25 hektar sahədə isə 500 min ədəd lavanda tingləri əkilib. Gələcəkdə gül plantasiyasından ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
19.09.2020
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info