Naxçıvanda fotomüsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 23.06.2017 | Saat: 12:12:00 | E-mail | Çapa göndər
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvanın turizm imkanları” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, fotomüsabiqəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Rəssamlar Birliyi təşkil edib.
Fotomüsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın turizm imkanlarının təbliğ olunması, bu məsələdə gənclərin fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılması olub.
Tədbirdə muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək bildiriblər ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan qədim diyarımızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada sosial-iqtisadi və ekoloji tələblərə cavab verən turizm sektoru inkişaf etməkdədir. Bu sahənin inkişafında gənclərin üzərinə böyük vəzifə düşür.
Çıxış edənlər gəncləri muxtar respublikanın turizm məkanlarının tanıdılmasında aktiv olmağa və həmin məkanların müxtəlif xarici dillərdə sosial şəbəkələrdə tanıdılmasında fəallıqlarını daha da artırmağa çağırıblar.
Müsabiqədə 24 gənc 76 foto ilə iştirak edib.
Münsiflər heyətinin qərarına əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Anar Sadiqov qalib adını qazanıb. Universitetin digər tələbələri Hüseyn İmanov və Aytən İsgəndərli müvafiq olaraq ikinci və üçüncü olublar. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Ayxan Əliyev, Naxçıvan Tibb Kollecinin tələbəsi Zabit Süleymanov və Naxçıvan Musiqi Kollecinin tələbəsi İman Qüdrətli isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info