Baş Klinik Hospital: Aprel döyüşlərində yaralanan hərbçi Türkiyəyə aparılacaq
Tarix: 23.06.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Aprel döyüşlərində yaralanan şəxsin müalicə olunmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının tibb hissə rəisi, polkovnik Vüqar Mürsəlov APA-nın sorğusuna cavabında bildirib ki, ötən ilin aprelində döyüşlər zamanı başından ağır yaralanan Yaşar Təvəkkül oğlu Ağayev hazırda hospitalın reanimasiya şöbəsində müalicə alır: “Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib. Danışıqlar nəticəsində Yaşar Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub”.
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində Ağayev Yaşar adlı şəxsin fotoşəkili yerləşdirilərək, onun 2016-cı ilin aprel döyüşlərində başından yaralanması, indiyədək 5 dəfə cərrahi əməliyyat keçirməsinə baxmayaraq, daha bir əməliyyatın Türkiyədə keçirilməsinə ehtiyac olması, lakin ölkə rəhbərliyinin yaralı hərbçilərə yüksək diqqət və qayğı göstərilməsi barədə tapşırıqlarının icrasına məmurlar tərəfindən səhlənkar yanaşılmasına dair xəbərlər yayılıb.
Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info