Sosial media insanların həqiqi məlumatları bölüşdükləri bir platforma olmalıdır
Tarix: 29.06.2017 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Elsevər Məmmədov |

Bəzən insanlar hər xəbərdən xəbərdar olmaq üçün bir çox yola əl atırlar. Dövrün ən məşhur kütləvi informasiya vasitəsi isə heç şübhəsiz, ənənəvi medianın yerini alan internetdir. Əvvəllər kompüter başında vaxt keçirmək qeyri-adi bir hobbi kimi qiymətləndirilirdisə hazırda dünyanın demək olar ki, digər ucundakı insanlarla ünsiyyət qurmağın ən təsirli və sürətli yoludur sosial media. 90-cı illərdə ortaya çıxan sosial media, “Facebook”un bazarda yerini alması ilə daha da genişləndi. Onu da deyim ki, “Facebook” hazırda ən sürətli məlumat mübadiləsi aparılan informasiya vasitəsidir. Ancaq gəlin etiraf edək ki, sosial mediada qarşımıza çıxan bir məlumatın eynilə digər media vasitələrində olduğu kimi düzgün məlumat, yoxsa dezinformasiya olduğunu anlamaq çox çətin hala gəlib.
İlk olaraq deyim ki, dezinformasiya fərdləri və cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat vermək və ya həqiqətləri gizlədərək əskik məlumat verməkdir. Bu, mediada, siyasətdə, iqtisadiyyatda, idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodudur. Bəs insanların sosial mediaya bu qədər intensiv maraq göstərməsinin səbəbi nədir? Zənnimcə aldıqları qlobal xəbərlərin yenilənməsinə anındaca malik ola bilmək imkanı.
Bəzi hadisələr uzun zaman davam etdikdə təxribata daha açıq olur və sosial media da bu hadisələri idarə etmək istəyən “işbazlar” üçün ən asan vasitə olur.
Bəlkə də çoxlarımız səhih və ya qeyri düzgün məlumat fərq etməz deyib keçirik. Deyim ki, dezinformasiyanın təsiri bizim düşündüyümüzdən də çoxdur və məsələ göründüyü qədər bəsit deyil. Hətta bəziləri gənclər tərəfindən sırf əyləncə məqsədi ilə yayılır. Ancaq əsasən qarışıqlığa səbəb olmaq üçün istifadə edilir. Bu səbəbdən sosial medianın imkanlarından yararlanarkən yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyi barədə mütləq düşünməliyik.
Araşdırmalar nəticəsində aydın olur ki, daha çox orta nəsil xəbər oxumaq üçün sosial mediaya yönəlir.
Dünyada səhiyyə, siyasət, təbii fəlakətlər və müxtəlif cinayətlər haqqında çoxlu dezinformasiya yayılır. Qəribə eyni zamanda gülüş doğuran nüans ondan ibarətdir ki, bir nəfər başqa birinin çəkdiyi fotoşəkili şüurlu olaraq təbliğat materialı kimi rahat şəkildə istifadə edə bilir.
Bəs cəmiyyəti dezinformasiyadan necə qoruna bilər? Düşünün ki, hər hansı bir gənc otağında, kompüter qarşısında oturarkən öz dünyagörüşünü ehtiva edən bir məlumatı heç bir mənbə, əsas göstərmədən hazırlayıb saniyələr ərzində sosial media vasitəsilə bütün dünyaya yaya bilər. Bəs görəsən neçə nəfər bu yalan məlumat kampaniyasının fərqinə vara bilir?
Bildirmək istəyirəm ki, yazılan və paylaşılan bu məkrli xəbərlərə veriləcək ən təsirli cavablardan biri yenə sosial media vasitəsilə doğru xəbərləri yaymaq üçün səy göstərməkdir. Sorğulayaraq araşdırmaqdan heç vaxt imtina etməyin. Unutmayın ki, sosial mediada davamlı bir yeniləmə var və biz həmişə verilən məlumatların doğruluğunu, mənbənin etibarlı olub-olmadığını araşdırmaqlıyıq. Bu imkanlardan istifadə edərək bəzi pis niyyətli “şəxsiyyətlər” qarışıqlıq çıxarmağa, nifrəti təşviq etməyə meyl etdiyini unutmamalıyıq. Günümüzdə sosial media insanların etibarlı mənbələrə malik, təsdiq olunmuş həqiqi məlumatları bölüşdükləri bir platforma olmalıdır. Paylaşımlar qətiyyən din, irq və cinsiyyətə qarşı nifrət mesajları olmamalı, sevgini və dostluğu təşviq etməlidir. Hər hansısa bir məlumat yazır və fikirlərimizi ictimailəşdiririksə öz əməlimizi əvvəlcə vicdanımızla qiymətləndirməliyik.




 
Müəllifin son yazıları

07.04.2017 Naxçıvanın turizm potensialı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info