Azərbaycan-Belarus əməkdaşlığı Ermənistanı narahat edir
Tarix: 29.06.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Armen Bədəlyan: “Hətta Azərbaycanın daxil olmadığı KTMT formatında belə, biz dəfələrlə Bakı-Minsk əməkdaşlığın təsirini görmüşük”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci günüdə Parlament Assambleyasının plenar iclasında qurumun italiyalı üzvü Andrea Riqoninin “Belarusda vəziyyət” adlı məruzəsi dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə edilən mövzuya münasibətini bildirib. S.Seyidov qeyd edib ki, məruzə vaxtında hazırlanıb və Avropa Şurası ilə bu ölkə arasında münasibətlərin yaranmasında körpü ola bilər. Məruzənin qəbul edilə bilən olduğunu deyən S. Seyidov bildirib: “Belarus bu istiqamətdə çox işlər görüb.

“Azərbaycan istənilən beynəlxalq tribunadan Ermənistana qarşı qətnamə qəbul edilməsi üçün istifadə edir. Azərbaycanın ATƏT çərçivəsində yeni antierməni prosesinə start verəcəyi və Belarusun bu işdə Azərbaycana dəstək verəcəyi istisna deyil”

Əvvəllər də Belarusun əlaqələr qurmaq üçün cəhdlərini görmüşük. Təəssüflər olsun ki, həmin cəhdlər birtərəfli idi. Ancaq bu gün hər iki tərəfin - Avropa Şurasının və Belarusun qarşılıqlı əlaqələr qurmaqda maraqlı olması çox vacibdir. Belarusda təkcə vətəndaş cəmiyyəti deyil, həmçinin ölkənin siyasi rəhbərliyi də müzakirələrə qoşulmağa, bu istiqamətdə ciddi addımlar atmağa və Avropanın digər ölkələri ilə birgə olmağa maraqlıdır”. “Belarus Avropanın mərkəzindədir, ona kömək göstərmək lazımdır. Hər iki tərəf arasında etimad və etibar yaratmağa kömək etməliyik. Buna görə də məruzədə əks olunan fəaliyyətləri, ölkənin siyasi rəhbərliyini və vətəndaş cəmiyyətini dəstəkləməliyik”, - deyə S. Seyidov əlavə edib. İclas çərçivəsində Azərbaycan və Belarus nümayəndə heyətləri arasında əməkdaşlıqla bağlı razılıq da əldə olunub. AŞPA sessiyasında Azərbaycanla Belarus arasındakı əməkdaşlıq işğalçı Ermənistanda narahatlıq yaradıb. Onlar Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olduqları Belarusun Azərbaycanla siyasi-iqtisadi sahədə sıx əməkdaşlıq etməsinin həzm edə bilmirlər. Erməni ekspert Armen Bədəlyan “Tert.am”a AŞPA-da Azərbaycan-Belarus əməkdaşlığını şərh edib. Ekspert deyib ki, iki dövlətin digər beynəlxalq qurumlar kimi AŞPA çərçivəsində də əməkdaşlıq etməsində təəccüblə heç nə yoxdur: “Azərbaycan və Belarus arasında yaranan sıx əməkdaşlığın səbəblərindən bir dərin iqtisadi əlaqədir. Azərbaycan və Belarus dəfələrlə bir-birilərinə yardım edib, dəstək veriblər. Hətta Azərbaycanın daxil olmadığı KTMT formatında belə, biz dəfələrlə Bakı-Minsk əməkdaşlığın təsirini görmüşük. Belarus dəfələrlə Azərbaycandan iqtisadi və siyasi dəstək alıb. Azərbaycan-Belarus əməkdaşlığı mütləq şəkildə hansısa üçüncü dövlətə qarşı yönəlməyib. Amma bu əməkdaşlıq Ermənistanın maraqlarına uyğun deyil”. Ekspert açıqlamasında onu da bildirib ki, Azərbaycanın ATƏT çərçivəsində yeni antierməni prosesinə start verəcəyi və Belarusun bu işdə Azərbaycana dəstək verəcəyi istisna deyil: “Azərbaycan istənilən beynəlxalq tribunadan Ermənistana qarşı qətnamə qəbul edilməsi üçün istifadə edir. İstisna deyil və tamamilə mümkündür ki, bu dəfə həmin qətnaməyə Belarus da səs verəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.06.2018
“II Qaregin dindarların kilsədən üz döndərmələrinə xidmət edir”
11.06.2018
Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
07.06.2018
Türkiyə ictimaiyyəti: “Ən yaxın dostumuz Azərbaycandır”
04.06.2018
“TANAP Şərq ilə Qərb arasında enerji dəhlizidir”
29.05.2018
Ermənistanın xarici borcu təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9425

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info