“Dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur”
Tarix: 14.07.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər
Azərbaycan Prezidenti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb: “Möhtərəm cənab Prezident, Əziz qardaşım! İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur. Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim. Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan antimilli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə inandığımı bildirirəm. Əziz qardaşım, bir daha 15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm”. Prezidentin bu məktubu Türkiyə mediasında geniş işıqlandırılıb. Qeyd edək ki, 2016-cı il iyulun 15-i Türkiyədə baş verən hərbi çevriliş cəhdinin qarşısı xalq tərəfindən alınıb. Türkiyə xalqı bu xəyanətkarlığa qəti şəkildə qarşı çıxaraq, ölkəsinə, emokratiyasına sahib çıxdığını nümayiş etdirib, qətiyyətlə qiyamın qarşısında durub. Bu hadisələr, həmçinin bir daha sübut etdi ki, Türkiyə dövləti, demokratiyası çox güclüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən "15 iyul" panelində çıxışında deyib. Ərdoğan bildirib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı hədəf Çanaqqaladakı hədəflə eyni olub: "15 iyul Türkiyədə insan hüquqlarının ağır şəkildə pozulduğu bir gündür. Şəhidlərin 45-i atıcı silahlardan hədəf kimi atəş açılması, 21-i təyyarələrin bombalaması, 9-u tankların əzməsi, 63-ü vertolyotlardan açılan atəşlə öldürülüb. Türkiyə hüquq dövləti olmasa, bu gün hərbi çevriliş cəhdində xalqa atəş açanlar həbsxanalarda yox, öldürülərək çuxurlara atılmış olardı”. Bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyədə deyil, Azərbaycanda da böyük həyəcan yaratdı. Azərbaycan dövləti və xalqı elə ild dəqiqələrdən Türkiyə dövləti və xalqının yanında olub. Türkiyə tərəfi ən yüksək səviyyədə Azərbaycanın dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib. Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş xarici media mənsubları ilə görüşdə dəstək üçün Bakıya təşəkkür edib: “Azərbaycan xalqı, hökuməti bir millət, iki dövlət olaraq 15 iyul dövlət çevrilişi cəhdi zamanı ilk andan bizə dəstək verdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkür edirik. Azərbaycanın dəstəyini yüksək qiymətləndirilir". Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Mahir Ünal Azərbaycanın 15 iyul hadisələri zamanı Türkiyəyə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyib: “Bu dəstəyə görə Azərbaycan xalqına və hökumətinə bir daha təşəkkür edirik”. Ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin tarixindən danışan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar bildirib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub: “Bu gün yalnız SOCAR Türkiyə iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub. Amma dostluğumuz bu pullardan üstündür. Bəlkə də dövlət çevrilişinə cəhd zamanı azərbaycanlı qardaşlarımızın dəstəyi, duaları sayəsində bu gün sağıq və Bakıdayıq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.01.2018
Ermənistan prezidenti 9 ildir ki, Davosa gedə bilmir
09.01.2018
“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
09.01.2018
Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”
28.12.2017
Əli Həsənov: “Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar”
21.12.2017
Turizmdə yeni trendlər: Səyahətçilərin 88 faizi mobil üsulla sifariş etməyə üstünlük verirlər

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8183

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info