Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə dəyib
Tarix: 19.07.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Oleq Kuznetsov:
“7 nəhəng bankın RBA-nın tərkibindən çıxmasından sonra Qaragin Tosunyan erməni oliqarxiya kapitalının Rusiyanın maliyyə sistemində maraqlarını təmsil etmək imkanlarından məhrum olacaq”

Rusiya kütləvi informasiya vasitələri ölkənin, demək olar ki, bütün böyük banklarının-Sberbank, VTB, VTB 24, Alfa-bank, Qazprombank, "Otkrıtiye" FK və "Rosselxozbank"ın Rusiya Bankların Assosiasiyasından çıxmaları haqqında qəbul etdikləri qərar barədə məlumat yayıb.
Erməni Qaragin Tosunyanın prezidenti olduğu Rusiya Bankları Assosiasiyasından (RBA) ölkənin nəhəng banklarının çıxması haqqında yayılan birgə press-relizdə bu qərarın səbəbinin Assosiasiya üzvlərinin RBA rəhbərliyində kadr dəyişiklikləri və onun prinsipləri ilə bağlı çoxsaylı təkliflərinin qulaqardına vurulması, assosiasiyanın tərkibində başqa maraqları olan qeyri-bank üzvlərinin olmasının RBA-nın bank birliyi kimi statusunu itirməsinə gətirib çıxardığı göstərilib: "Əksər hallarda qərarlar Assosiasiya prezidenti tərəfindən tək qəbul olunur və bu qərarlar populist xarakteri daşıyır. Assosiasiya ilə kredit təşkilatları arasında dinc və ölçülü dialoqun olmaması isə bu qurumun gələcək inkişafına maneə olur. Baş verənlərə görə məsuliyyəti öz fəaliyyətində hər zaman şəxsi maraqlarını güdən Assosiyasiyanın prezidenti daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq biz Assosiasiyadan çıxmaq barədə qərara qəbul etmişik", - deyə bankların birgə press-relizində qeyd olunub. Bankların məlum qərarını tanınmış rusiyalı siyasi analitik Oleq Kuznetsov APA-ya şərh edib. O.Kuznetsovun fikrincə, bankların bu qərarı ilə Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə endirilib: "Bankların birgə bəyanatını bürokratik dildən ümumi istifadə olunan rus dilinə tərcümə etsək, Rusiyanın nəhəng banklarının bu ölkədəki erməni lobbisinin əsas dayaqlarından birinin, hansı ki, öz fəaliyyətini brendlərlə və məhz bu kredit təşkilatlarının reputasiyası ilə örtən təşkilatın özbaşınalığına dözməkdən yorulduğunu görərik. RBA-nın 456 üzvündən ancaq 282-si kredit təşkilatıdır. Qalanlarının isə bank xidmətləri bazarına heç bir aidiyyatı yoxdur. Onlar qeyri-qanuni gəlirlərin, çirkli pulların yuyulması, nağd pulların qeyri-leqal dövriyyəsi ilə məşğuldurlar. Faktiki olaraq, Rusiya Banklar Assosiyasiyası uzun müddət erməni-qriqoriyan kilsəsi kimi yüz il əvvələ xas olan - öz etnosunun maliyyə vəsaitlərini toplayıb idarə edən funksiyasını icra edib. Bir an belə şübhə etmirəm ki, yeddi nəhəng bankın RBA-nın tərkibindən çıxmasından sonra bu strukturun ömrünə sayılı günlər qalır və nəticəsi "domino effekti" olacaq. Bütün bunlardan sonra Qaragin Tosunyan vəzifəsiz, təsir rıçaqsız, inzibati səlahiyyəti olmadan və pulsuz qalacaq. Ən başlıcası isə o, erməni oliqarxiya kapitalının Rusiyanın maliyyə sistemində maraqlarını təmsil etmək imkanlarından məhrum olacaq. Belə ki, Tosunyan Assosiasiyaya rəhbərlik etdiyi illər ərzində bu qurumu demək olar ki, Rusiya ərazisində hətta Ermənistan Mərkəzi Bankı daxil olmaqla erməni maliyyə oyunçularının şübhəli maliyyə əməliyyatlarının üstünü örtən rəsmi quruma çevirib. Artıq buna son qoyulacaq və hətta davamı olsa belə, bu, yarırəsmi dərəcədən tam olaraq kriminal müstəviyə keçəcək. Diqqətəlayiqdir ki, Qareqin Torosyanın fəaliyyəti Rusiya hökuməti və yaxud güc strukturları yox, RBA prezidentinin hiylələrindən təngə gələn rusiyalı bankirləri hiddətə gətirib. Düzdür, istisna deyil ki, Rusiya bankları tərəfindən atılan addım Rusiya hökumətinin etnik kriminal kapitallara qarşı mübarizəsi ilə əlaqəlidir və yalnız erməni diasporu ilə kifayətlənməyəcək. Lakin hər halda biz Rusiyada erməni lobbisinin maliyyəsinə ikinci güclü zərbənin vurulduğunun şahidi oluruq. İlk zərbə 2016-cı il, fevralın 6-da “Reqnum” bankının lisenziyasının geri çağırılması ilə vurulmuşdu. Rusiya sözdə deyil, əməldə erməni lobbisinin məngənəsindən təmizlənməyə başlayır”, deyə O.Kuznetsov bildirib.

Ermənilərin Almaniyadakı saxta kredit biznesi ifşa olunub
Erməni lobbisi ilə bağlı daha bir xəbəri Almaniyanın “Erfurt Thueringer Allgemeine” nəşri yayıb. Qəzet Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb. Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub. Bu biznesə erməni mafiyasının ehtimal olunan iştirakçıları, sabiq bank işçiləri və kredit alınması üzrə digər vasitəçilər cəlb ediliblər. Müstəntiqlər hesab edirlər ki, bu kredit biznesinin arxasında pulların yuyulması sistemi dayanır. Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi və dövlət prokurorluğu 2009 və 2015-ci illərdə erməni mafiyasına qarşı təhqiqat aparıblar. Bu geniş təhqiqat zamanı həmin orqanlar məlum saxta strukturlarla üzləşiblər. Əksər hallarda kreditləri uydurma şəxslər alıblar. Müvafiq təkliflər üçün banklarda əməkhaqqı, vergi haqqında arayışlar və digər sənədlər saxtalaşdırılıb. Uydurma şəxslər kredit vasitəçiləri ilə əlaqələr quran mafiya başçıları tərəfindən təşkil edilib. Banklar kreditləri saxta sənədlərə əsasən veriblər. Məbləğ əksər hallarda 60 və ya 70 min avronu ötməyib. Müstəntiqlər güman edirlər ki, borcların ödənilməsi üçün kriminal strukturların pullarından istifadə olunub. Borcların ödənilməsindən sonra mafiya “təmiz” pullar alıb. Televiziya təhqiqatına görə, məlum biznes hazırda da davam edir. Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi təhqiqat zamanı Hessen və Türingiya əmanət kassalarının binalarında axtarışlar aparıb. Bank mərkəzi alman radiosunda məlumat verib ki, məlum biznesdə iştirakı ehtimal olunan əməkdaş işdən azad edilib. Türingiya mərkəzi əmanət kassası da saxta biznesə cəlb olunub. Əmanət kassasında işləyən, kredit alınması üzrə vasitəçi də bu əməliyyatda iştirak edib. Əmanət kassası məlumat verib ki, Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqatlarından xəbərsiz olub. Lakin təhqiqat aktlarından görünür ki, əmanət kassası artıq məlum məsələ üzrə hesabat təqdim edib. Kredit verilməsi üzrə vasitəçi və sabiq bank meneceri şərhlərdən boyun qaçırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info