“20 illik kirayənişin həyatımıza son qoyuldu...”
Tarix: 21.07.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər
Nigar Abdullayeva |

“Palitra” qəzetinin müxbiri

Azərbaycan müstəqillik qazandıqdan sonra milli dövlətimizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də müstəqil mətbuatın, azad medianın inkişaf etməsi oldu. Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycan dövləti demokratik dəyərlərə söykənən idarəetmə sisteminin qurulmasını, söz və mətbuat azadlığının təmin edilməsini özünün prioritetlərindən biri elan edib. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında intibah dövrü başlandı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində ulu öndərin başladığı işi bu gün uğurla davam etdirir. Bu yöndə Prezidentin gördüyü mütərəqqi işlərdən biri də jurnalistlərin sosial problemlərinin həlli, onların maddi-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi fərman və sərəncamlardır. Prezidentin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi ilə bağlı tapşırığı da dövlətin media sahəsində çalışanlara yüksək münasibətini ifadə etdi. Beləliklə, 2013-cü ildə 155 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi. Elə həmin günü bu layihənin davamı olaraq ölkə başçısının iştirakı ilə yeni binanın təməli qoyuldu. Bugünlərdə isə Prezidentin iştirakı ilə jurnalistlər üçün inşa edilən ikinci binanın açılışı oldu. Dövlətin dəstəyini hər zaman hiss edən KİV nümayəndələri üçün bu növbəti bir dəstək oldu.
Mən də 20 ilə yaxındır ki, mənzil problemi ilə bağlı kirayədə yaşayıram. Qardaşımla birgə qaldığımız Yasamaldakı birotaqlı həyət evinin sahəsi cəmi 12 kvadrat metrdir. Ona görə sahəsi az olan mənzili kirayəyə götürmüşük ki, icarə haqqımız bir qədər aşağı olsun... Bununla belə, bu kiçik mənzil üçün ayda 120 manat kirayə pulu ödəyirik. Əslində, jurnalist olan qardaşımla mənim üçün ödədiyimiz bu vəsait böyük məbləğdir... Cənab Prezident mənə mənzil hədiyyə etməklə 20 illik kirayənişin həyatımıza son qoydu. Belə ki, mənzillə təmin edilən jurnalistlərin siyahısında mənim də adım var. Mənə bu problemin həllində dəstək olan, diqqətini əsirgəməyən cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Prezidentin köməkçisi Əli Həsənov başda olmaqla, bu işdə əməyi keçən hər kəsə minnətdaram.
Onu da qeyd edim ki, çalışdığım müddətdə dövlətin dəstəyini daim hiss etmişəm, dəfələrlə yazı müsabiqələrində qalib olmuşam və bunun müqabilində müəyyən məbləğdə pul mükafatları almışam, bir neçə il öncə isə ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm.
Bu gün məhz mənzil problemimin həlli məni daha yaxşı çalışmağa sövq edir. Jurnalistin hər hansı probleminin həlli onun daha yaxşı çalışması üçün stimudur. İkinci binanın açılışı zamanı ölkə başçısının iştirakı ilə artıq üçüncü binanın təməli qoyuldu ki, bu da növbəti dəfə mənzil alacaq hər bir evsiz jurnalistin ümid işığıdır.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info